Jul 07

Banqladeşdə iki milyona yaxın insan təhlükədə

Banqladeşdə təxminən iki milyona yaxın sakin ölkənin şimal-şərqindəki daşqınlardan zərər çəkib.

Bu barədə təbii fəlakətlər üzrə dövlət naziri Mohibbur Rəhman bildirib.

Mohibbour daşqınlar nəticəsində ölənlər haqqında təsdiqlənmiş məlumatların olmadığını və təbii fəlakətdən zərər çəkən insanların 36 223 sığınacağa yerləşdiklərini bildirib.

Onun sözlərinə görə, hökumət ümumilikdə 8 700 ton düyü, 58 500 kisə quru ərzaq, habelə zərərçəkən ərazilərə maddi yardım ayırıb.

Banqladeşdə avqust və ya sentyabr aylarında yeni daşqın ehtimalı ilə əlaqədar hazırlıq işləri aparılır.

Mənbə: TASS

Bənzər xəbərlər

Gündəm

0.030035972595215