Jun 20

Od olmasa tüstü  çıxmaz

Bir sıra elekton mediada  Tovuz rayonu Əyyublu kənd  1 nömrəli orta  məktəbin sabiq direktoru Cəmşid Sadıqovun  məktəbdə apardığı “islahatlardan”, texniki işçilərin başlarına direktor tərəfindən  açılan oyunlardan  söhbət açılır. Yazı müəllifləri mənbə kimi texniki işçi Aygün Əliyevadan və bufetçi Elçin İsayevdən alınan məlumatlara istinad edilir. Ancaq bəzən verilən informasiyalarda qeyri-peşəkarlığa yol verilir.  Guya məktəb direktorunun bu qanunsuz  hərəkətlərinə rayon təhsil  şöbəsi və təhsil nazirliyi göz yumur, C.Sadıqov  himayə edirlər.

Məsələ isə tam əksinədir.  Adları çəkilən şikayətçilərin müraciətindən dərhal  sonra Tovuz rayon təhsil şöbəsində yoxlama komissiyası yaradıldı və  məsələ kökündən araşdırıldı. Üzə isə  daha dəhşətli faktlar çıxdı. Belə ki,  məktəb direktoru analıq məzuniyyətində olan  işçilərin əvəzinə başqa  daimi işçilər götürmüş, əmək qanunvericiliyini kobudcasına pozmuşdur.

Məktəbə xadimə kimi  işə götürülənlərin əksəriyyəti diplomlu  mütəxəssislərdir. Onlara guya laborant, komputer operatoru ştatlarrı verildiyi söylənilsə də əslində əmr kitabında onlar xadimə kimi  sənədləşdirilmişdir.

Məhz buna görə də məktəb direktoru onları xadimə kimi işlədə  bilməmiş, sadəcə maaş almalarına şərait yaratmışdır. Həmin texniki işçilərin demələrinə görə işə girərkən məktəb direktoruna rüşvət vermiş və aldıqları maaşdan hər ay direktora haqq vermişlər.  Kiçik bir misal. Əyyublu kənd sakini Qasımova Yeganə  Həsrət qızı əmrlə  0,75 ştat vahidinə uyğun məktəbə  xadimə qəbul olunub. Əvvəlcə əməkhaqqı 108 manat olub, sonra həmin ştat vahidi yenidən bölünmüş, əməkhaqqı 60 manat , sonra isə 35 manat olmuşdur. Məktəb direktoru qarşı tərəf əmrin surətini  istəyərkən ona tamam fərqli bir əmrin surətini vermişdir. Orada Yeganə Qasımovanın komputer köməkçisi vəzifəsinə  təyin olunması göstərilir.    Təkcə bu  fakta görə məktəb direktorunun  vəzifədən  azad olunmasını ədalətli saymaq olar. Əlbəttə bütün bunlar iddiadır və son sözü hüquq-mühafizə orqanları deyəcəklər.

Məktəb direktorunun adı rayonda bir çox qalmaqalda hallanıb və hallanmaqdadır.  Bir məsələnin üstündə dayanmaq yerinə düşər. Cəmşid Sadıqov öz facebook səhifəsində etdiyi paylaşmalarda onun haqqında yayılan informasiyalara ittihamlara cavab vermək əvəzinə uzun  müddət tabeçiliyində işlədiyi, bütün yığıncaqlarda bəh-bəhlə təriflədiyi Validə Hüseynovaya hüquqa əsaslanmayan dedi-qodulara söykənən böhtanlar yağdırır.

Təkcə Validə Hüseynovayamı, xeyir. O həm də Tovuz rayon İcra hakimiyyətinin sabiq başçısı Tofiq Zeynalova da qara yaxır, guya 2010-cu il deputat seçkilərində onu n deputatlığa namizəd Validə Hüseynovadan deputat seçilməsi üçün 200 min manat  almasını, sonradan onu həmin pulun müqabilində təhsil şöbəsinə müdir təyin  etməsini iddia edir. 

Cəmşid Sadıqovun paylaşdığı informasiyaların birində guya onun vəzifəyə keçən zaman  təhsil şöbəsinin müdirinə 17 min manat pul verməsi deyilir.

Əvvəla, hər bir orta səviyyəli ziyalıya  yaxşı məlumdur ki, məktəb direktoru  vəzifəsinə keçmək üçün  mütləq  testdən keçəlisən. Bu vəzifə nazirliyin tabeçiliyindədir. Təhsil şöbəsinin müdirinin  məktəb direktorunu təkbaşına  nə işə götürməyə, nə də çıxarmağa səlahiyyəti çatır.  Cəmşid Sadıqov bütün bunları çox gözəl bilir. Özünün  rüşvət verməsi barədə olan məlumatları öz səhifəsində paylaşması isə  təəcüb doğurur.

Əgər Cəmşid Sadıqov bu cür  paylaşmaları vəzifədə olarkən etsəydi bir çoxumuz onu dəstəkləyər, alqışlayardıq. Ancaq  onun çoxsaylı şikayətlərdən və  işdən çıxdıqdan sonra  bu cür addım atması nə məntiqə, nə də etik  normalara sığır. Ən sadəlövh  adam da bütün bunların qisasçılıqdan  yarandığını dərhal başa düşür.

Hörmətli Cəmşid müəllim bilməlidir ki, od olmasa tüsüt çıxmaz. Əgər onun haqqında bir neçə nəfər rüşvətlə  bağlı əlaqədar təşkilatlar qarşısında  məsələ qaldırırsa demək torbada pişik var. Biz arzu edirik ki, Cəmşid Sadıqov işdən çıxdıqdan sonra bir çox insanlara böhta atmaqdansa tövbə və səmimiyyət yolu ilə gedərək aldığı pulları geri qaytarsın. Bu həm onun susmuş vicdanını bir az rahatladar, həm də tanrı qarşsında günahlarını yumşaldar.   

 

Sabiq deirektorun qanunazidd əməllərinə daha bir nümunə və şikayət:

 

“Hörmətli redaksiya,

         Son vaxtlar bir çox internet sayıtlarında  Əyyublu kənd 1 saylı tam orta məktəbin direktoru Sadıqov Cəmşidin qanunsuz əməlləri barədə  çox yazılıb  məhz bu əməllərinə görə də o işdən azad olunub. Şəxsən mən gözləyirdim ki, o tutduğu  əməllərdən peşman olacaq,  aldatdıqları  insanların pullarını özünə qaytaracaqdır.  Ancaq tam əksinə oldu. C.Sadıqov öz facebook səıhifəsində ona qarşı yönələn ihtihamlara  cavab vermək əvəzinə Təhsil nazirinə, rayon  Təhsil şöbəsinin müdirinə qarşı böhtan kompaniyasına başladı.

Bu isə odlu-alovlu döyüşlərdən keçmiş  bir zabit kimi Qarabağ müharibəsi  veteranı  kimi məni çox üzdü. Ona görə də susmamağa  qərar verdim. C.Sadıqovun qurbanlarından biri də  mənim ailəm olub. Belə ki, mənim gəlinim  Qasımova Yeganə Həsrət qızı ali təhsilli kimya və biologiya müəllimidir. İki uşaq anasıdır. Özü və həyat yoldaşı heç bir yerdə işləmirdilər. Mən 2014-cü ilin sentyabr  ayının  birində C.Sadıqovdan  gəlinimin ixtisasına uyğun bir iş verməsini xahiş etdim. O isə bildirdi ki, məktəbdə laborant köməkçisi ştatı var. Ancaq məktəbimiz Heydər Əliyev  fondu tərəfindən tikilib, bizimdə borcumuz odur ki, həmin fonda pul keçirək ki, başqa məktəblərdə  belə işlər görülsün. Bunun üçün 2000 manat pul verməlisən ki, mən də fonda keçirim. Mən evə gəlib ailə üzvlərimlə məsləhətləşdim. Həmin pulu bankdan gəlinimin adına 2000 manat  kredit götürüb Cəmşid Sadıqova verdim. Gəlinim isə bir sentyabr 2014-cü il tarixdən işə çıxmağa başladı. 108 manat əməkhaqqı almağa başladı. Gəlinimlə onun münaqişəsi isə gəlinimin adına yazılmış artıq  pulun geri tələb etməsindən başladı. Acığa düşən  məktəb direktoru  ştat vahidini azaldaraq  onun əmək haqqını 60 manata, sonra isə 35 manata saldı.

 

 

 

 

 

 

Prezidentimiz İlham Əliyev cənabları həmişə insanların  qayğısına qalır. Hər il əmək haqqlarını, pensiyaları artırır. Cəmşid Sadıqov isə əksinə işçilərin maaşlarını artırmaq əvəzinə bir ştat vahidini bir neçə  yerə bölərək maaşları azalda-azalda gedib. Mən gəlinim haqqında olan haqsızlığı bu yaxınlarda bilmişəm. Ailə üzvlərim mənim xəstə olmağımı nəzərə alaraq bütün bunları məndən  gizlədiblər. Mən məsələdən xəbər tutan kimi gəlinimdən  xahiş etdim ki, əmr kitabından çıxarış alsın. Həmin əmrin surətini oxuyanda gözlərimə inanmadım. C.Sadıqov 01.09.2014-cü il tarixli 1154 nömrəli əmrində gəlinimin texniki işçi (komputer köməkçisi) göstərilir. Bu yaxınlarda C.Sadıqov vəzifəsindən azad olunduqdan sonra yeni məktəb rəhbərliyi ona bildirib ki, sən məktəbdə xadimə ştatında oturursan. Gəlinim isə C.Sadıqov tərəfindən verilmiş əmrin surətini onlara təqdim etdikdə onlarda  öz növbəsində  əmr kitabından çıxarışı ona veriblər.  Bu əmrə baxanda ən savadsız adam belə  təəccüblənib. Çünki 02.09.2014-cü il tarixli 1153 nömrəli  çıxarışda gəlinimə Məsiyeva Gülnarənin 0,75 aklad  xadiməçilik ştatı ona verilir. Necə ola bilər ki, bir nəfər haqqında iki gün ərzində iki əmr  verilsin. Bundan başqa sentyabrın 2-də verilən əmrin nömrəsi 1153, sentyabrın 1-də verilən əmrin nömrəsi 1154-dur. Elə təkcə bu saxtakarlığa görə C.Sadıqov cinayət məsuliyyətinə cəlb oluna bilər.

Ona görə də Sizdən xahiş edirəm ki, bütün bunların dərindən araşdırıb mənə köməklik göstərəsiniz.

 

İmza:                            Sadıqov Füzuli Mirzə oğlu

 

Qarabağ Müharibəsi Veteranı təqaüddə  olan baş leytenant

 

20.06.2019-cu il

 

Əlaqə telefonu: 050-546-22-94”

Mövzuya qayıdacağıq.

 

 

Bənzər xəbərlər

Gündəm

0.019090890884399