Adı seçici siyahısına düşməyən şəxslər nə etməlidirlər?
"Adı hansısa səbəbdən seçici siyahısına düşməyən seçici varsa, o müraciət etsin. Biz məsələni operativ şəkildə qanun çərçivəsində həll edək".
Mozalan.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qurumun sədri Məzahir Pənahov deyib.
O bildirib ki, siyasi partiyaların seçkidə rolu geniş olacaq:
"Siyasi partiyalarla MSK-nın əlaqəli şöbəsi var. Siyasi partiyalar maraq göstərsələr, biz onlara açığıq. Onlar üçün də yaddaş kitabçaları təqdim etmək lazımdır. İndiyə qədər bizə bununla bağlı hər hansı irad olmayıb".
Könül Cəfərli