"Nvidia" bütün rəqiblərini geridə qoydu
Mikroçip istehsalçısı kimi tanınan "Nvidia" korporasiyası hərracların nəticələrinə görə bütün rəqiblərini geridə qoyaraq dünyanın ən bahalı şirkəti olub.
"Nvidia"nın səhmlərinin qiyməti axşam saatlarında 3,3% artaraq hər bir səhm üçün 135,41 dollara yüksəlib və bu, yeni rekord olub.
Nəticədə şirkətin kapitallaşması 3,328 trilyon dollara çatıb, "Microsoft"un bazar dəyəri isə 3,322 trilyon dollardır. Dünyanın üçüncü ən dəyərli şirkəti isə kapitallaşması 3,281 trilyon dollar təşkil edən "Apple"dir.
Mənbə: vedemosti.ru