Sabunçuda 18 yaşlı gənc qətlə yetirildi
Sabunçu rayonunda 18 yaşlı gənc qətlə yetirilib.
Mozalan.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.
Məlumata görə, hadisə iyunun 14-də rayonun Balaxanı qəsəbəsində qeydə alınıb: "Sabunçu rayonunun Balaxanı qəsəbəsində 2006-cı il təvəllüdlü Rəşid Rüstəm oğlu İmanovun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub".
Bildirilib ki, hazırda şübhəli şəxs axtarılır: "Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat axtarış tədbirləri görülür".