GündəmJun 10

Xaricdə təhsil vəd edən fırıldaqçı şəbəkə yenidən aktivləşib – "Valideynlər, abituriyentlər bilməlidir ki..."

"Pandemiya səbəbindən xaricdə təhsillə bağlı ləngimələr var. Bir çox xarici universitetlər bununla bağlı ciddi addımılar atmağa başlayıblar”.

Bunu Sfera.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

O qeyd edib ki, ölkəmizdə təhsil xidmətləri göstərən mərkəzlərin fəaliyyətinə tətbiq edilən məhdudiyyətlər onları iqtisadi baxımdan böyük itkilərə məruz qoyub:

"Məhz Dövlət İmtahan Mərkəzinin keçridiyi imtahanlarda aşağı bal toplayaraq tələbə adını qazana bilməyən abituriyentlər müxtəlif yollardan istifadə etməklə təhsil almaq istəyirlər. Ali məktəblərə qəbulun nəticələrinin açıqlanması xaricdə təhsil vəd edən fırıldaqçı şəbəkəni yenidən hərəkətə gətirib. Son vaxtlar sosial şəbəkələrdə, radio və televiziya kanallarında xaricdə təhsil elanları çoxalıb”.

Müsahibimiz qeyd edib ki, Azərbaycanda xarici ölkələrə tələbə qəbulu xidməti göstərən şirkətlərin heç birinin Təhsil Nazirliyi ilə bir bağlantısı yoxdur və rəsmi lisenziya almayıblar:

"Sadəcə olaraq, vergi ödəyicisi kimi qeydiyyatdan keçib xidmət göstərirlər. Əlbəttə, bu hüquq pozuntsu deyil. Lakin valideynlər, abituriyentlər bilməlidir ki, xaricdə təhsil xidməti göstərən şirkətlərin hansısa üstünlüyü yoxdur. Onlar özləri də istədikləri xarici universitetin saytından qeydiyyatdan keçib tələb olunan sənədləri göndərməklə bu prosesi həyata keçirə bilərlər”.

Bənzər xəbərlər

Gündəm