Jun 10

Sumqayıtda yeznə baldızını 15 bıçaq zərbəsi ilə qətlə yetirib - TƏFƏRRÜAT

"Ölkə.Az" xəbər verir ki, hadisə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində baş verib . Qəsəbə sakini 1986-cı il təvəllüdlü Ramilə Quliyevaya yaşadığı evdə çoxsaylı bıçaq xəsarətləri yetirilməsi və təcili tibbi yardım xəstəxanasına gətirilməsi barədə daxil olan məlumat əsasında dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib.

Araşdırmalarla Sumqayıt şəhər sakini, 1988-ci il təvəllüdlü Anar Əlizadənin baldızı – 34 yaşlı Ramilə Quliyevaya aralarında yaranmış mübahisə zəminində bıçaqla xəsarətlər yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Hadisə vaxtı nəvəsinin bıçaqladığını görən Mİnayə Quliyeva ürək tutmasından vəfat edib.

Cinayəti törətməkdə şübhəli bilinən Anar Əlizadə hadisədən bir gün sonra polisə könüllü gələrək təslim olub.

İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Anar Əlizadə ifadəsində bildirib ki, rəsmi nigahda olduğu Aytac Əlizadə hadisədən bir neçə gün əvvəl 3 azyaşlı övladı ilə birlikdə evi tərk edərək valideynlərinin yaşadığı H.Z.Tağıyev qəsəbəsindəki evlərinə köçüb.

Anar Əlizadə arvadının evi tərk etməsinə, onu buna təhrik edən və işlərinə müdaxilə edərək ailəsinin dağılmasında günahkar olan şəxsin əvvəllər dəfələrlə bu zəmində mübahisə etdiyi baldızı Ramilə Quliyevanı görüb. Ramilə onu övladları ilə belə görüşməsinə mane olduğu üçün qadını qisas niyyəti ilə öldürmək qərarına gəlib.

Evdən mətbəx bıçağını götürüb baldızının yaşadığı evə gəlib. Darvazanın kilidi açıq olduğundan evin həyətinə girib. Bir qədər gözlədikdən sonra Ramilə Quliyeva zibil atmaq üçün evin qapısını açıb: "Qapı açılan kimi ayağımı qapının arasına qoyub girdim evə. Dəhlizdə onun yaxasından tutub dedim uşaqlarım hanı?. Sonra çevrildim ki, qapını bağlayam bu vaxt Ramilə qaçdı o biri otaqa. Mənə söyüş söyərək evi tərk eləməyimi dedi".

Anar Əlizadə daha sonra ifadəsində bildirib ki, Ramilə Quliyevaya övladlarını qörmək istədiyini söylədikdə, baldızı uşaqları ona göstərməyəcəyini və bacısının ondan boşanacağını bildirib.

Həmin vaxt onun 2 yaşlı ovladı qonaq otağından olub.

Baldızının dəhlizə getdiyini görüb onun qonşuları çağıracağını düşünüb və əlində bıçaqla arxasınca gedib. Ramiləyə qapını açmasına imkan verməyərək qarın nahiyyəsinə 2 dəfə zərbə vurub. Ayaq fəndi ilə qadını yerə yıxaraq çoxlu sayda bıçaq zərbələri vurmaqda davam edib. Baldızı sürünərək evin qapısını aralayıb qonşuları köməyə qaçırmağa başlayıb.

Baldızını bıçaqlayarkən nənəsi Minayə Quliyeva evdə olmayıb. Onu hadisə yerindən qaçarkən darvazanın önündə görüb. Qorxduğundan evdən qaçaraq təxminən 1km aralıda qamışlıq ərazidə yatıb.

Ağır bədən xəsarələri alan Ramilə Quliyeva xəstəxanada həkimlərin səyylərinə baxmayaraq dünyasını dəyişib.

Səhərsi gün Anar Əlizadə evlərinə gələrək atasına törətdiyi cinayət barədə xəbər verib və onunla birlikdə polisə gələrək təslim olub.

Məhkəmə iclasında Anar Əlizadə ittiham üzrə özünü qismən təqsirli bilərək törətdiyi əməlinə görə peşman olduğunu bildirib.

Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə ömürlük azadlıqdan məhrum etmə cəzası təyin edilməsini xahiş edib.

Sonda məhkəmənin hökmü ilə Anar Əlizadə 18 il 2 ay müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilib.

Bənzər xəbərlər

Gündəm

0.041213989257812