May 22

Azərbaycanda daha 214 potensial erməni əsgəri doğuldu-Hücum üçün çox gecikirik!..

Azərbaycanın işğal altındakı ərazilərində 2019-cu  ilin birinci kvartalında cəmi 431 erməni balası doğulub. 
Moderator.az xəbər verir ki, Xankəndindəki separatçı nəşrlərin yaydığı məlumata görə,  Azərbaycanın havasını udmağa, suyunu içməyə başlayan erməni körpələrdən 214-ü oğlan, 217-i isə qızdır. Uşaqlardan 20-i Ermənistanın doğum evində, 336-ı isə Xankəndindəki xəstəxanalarda dünyaya gəlib. Kəlbəcərdəki xəstəxanada cəmi 1 erməni uşaq doğulub.
 
 
P.S. Bəziləri mütəmadi təqdim etdiyimiz bu cür statistikalara əhəmiyyətsiz  rəqəmlər kimi baxa bilər. Məsələn, 2000- 2001-ci illərdə də belə rəqəmləri qulaq ardına vurduq. Ancaq həmin ildə torpaqlarımızda doğulmuş yüzlərlə erməni uşaq bu gün artıq təmas xəttində Azərbaycan hərbçilərinə və dinc əhaliyə,  o cümlədən uşaqlarımıza güllə ata bilən işğalçı əsgərlərdir. Təbii ki, torpaqlarımız azad edilməyincə bu il  o yurdlarda doğulan körpələr də Azərbaycana nifrət ruhunda yetişdiriləcəklər. Deməli, hər gün torpaqlarımızın azadlığı üçün hücuma gecikirik, çox gecikirik...
Sultan Laçın

Bənzər xəbərlər

Gündəm

0.021637916564941