May 13

100-ə yaxın  tanınmış şəxs 1-ci vitse-prezidentə müraciət etdi

Azərbaycan Respublikasının I Vitse-prezidenti, 
Heydər Əliyev Fondunun rəhbəri 
Mehriban xanım Əliyevaya 



Möhtərəm Mehriban xanım!

Rzazadə Vüsal Məhəmməd oğlu 1977-ci ildə şair-ziyalı ailəsində anadan olub. Gənc yaşından Jurnalistlər Birliyinin üzvüdür. Uzun illərdən bəri mətbuat sahəsində çalışıb, bədii yaradıcılıqla məşğuldur. Jurnalistika fəaliyyəti ilə yanaşı ictimai-siyasi fəaliyyəti ilə də dövlətçiliyə xidmət etmiş şəxsdir. Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rzanın qardaşıdır. Anası şairə Tamaşa Xəyali uzun sürən ağır xəstəlikdən vaxtsız vəfat etmiş, atası ağır ürək əməliyyatı keçirmişdir. Özü qəfil xroniki böyrək çatışmazlığı xəstəliyi ilə üzləşmişdir. İki azyaşlı qız atasıdır. Ailənin maddi imkanı bu xəstəliyin müalicəsi, orqan köçürülməsinə yetərli deyil. 
Hörmətli Mehriban xanım! 
Sizin imkansız ailələrə, ağır xəstəliklə sınağa çəkilən şəxslərə qayğıkeş ana, mərhəmətli və fədakar Azərbaycan qadını kimi köməklik göstərdiyinizi bütün xalqımız bilir. Ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan Fondunun rəhbəri kimi indiyə qədər minlərlə ailəyə ümid, sevinc, sağlamlıq və həyat bəxş etmisiniz. Vüsal Rzazadənin hazırkı vəziyyətini nəzərə alıb onun müalicəsi üçün köməklik etməyinizi Sizdən xahiş edirik. İnanırıq ki, Vüsal Rzazadə Tanrının qisməti, Sizin mərhəmətiniz sayəsində bundan sonrakı ömrünü sağlam yaşayacaq, öz balalarının xoşbəxt gələcəyini ata sevinci ilə qarşılayacaq. 

Sizə sonsuz hörmət və ehtiramla: 



Millət vəkili Qənirə Paşayeva 
“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid 
Əməkdar jurnalist, şair Qulu Ağsəs 
Jurnalist Ceyhun Musaoğlu 
Jurnalist Vüsalə Eyyubqızı 
Jurnalist, yazıçı Cavid Zeynallı 
“Türküstan” qəzetinin baş redaktoru Aqil Camal 
Yazıçı Kəramət Böyükçöl 
Jurnalist Ilqar Atabəyli 
Mozalan.az saytının rəhbəri Mövsüm Əşrəfoğlu 
“Bakıpost” saytının baş redaktoru Elçin Zahidoğlu 
Jurnalist Elnur Eltürk 
Jurnalit Araşdırma Mərkəzinin sədri Seymur Verdizadə 
Yeni çağ Media Qrupun rəhbəri Aqil Ələsgər 
Yeni Nəsil Yazarlar və Sənətçilər Qrumunun sədri Aydınxan Əbilov 
Şair, “Artkaspi” saytının baş redaktoru Fərid Hüseyn 
Şair Emin Piri 
Bəstəkar Gövhər Həsənzadə 
“Miq.az” saytının baş redaktoru Aqil Alışov 
Jurnalist Ceyhun Alışov 
Şair İbrahim İlyaslı
Yazıçı Əyyub Qiyas 
AYB Qubatlı Regional Bölməsinin sədri Namiq Məna 
“Müstəqil.az “ saytının baş redaktoru, şair Faiq Balabəyli 
Şair Afaq Şıxlı 
Jurnalist Aydın Canıyev 
Şair Sabir Yusifoğlu 
Yazıçı Zemfira Məhərrəmli 
Tənqidçi Əsəd Cahangir 
Azərkitab Kitab Mərkəzinin təsisçisi Mirisrafil Həsənov 
Azərkitab Kitab Mərkəzinin direktoru Misirxan Həsənov 
“Olaylar” İnformasiya Agentliyinin baş redaktoru Yunus Oğuz 
İLESAM (Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyi)–sədri Mehmet Nuri Parmaksız+ 
“Modern.az” saytının baş redakoru Elşad Eyvzalı
Siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyev 
Milli QHT Forumunun İdarə Heyətinin üzvü Əkbər Qoşalı 
Şair, “Söz” ədəbi layihəsinin rəhbəri Nigar Həsənzadə 
Yazıçı Kənan Hacı
Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Sabuhi Mübariz
Yazıçı-jurnalist Azər Qismət 
Jurnalist Mahir Məmmədli 
Jurnalist Çingiz Özgür 
Yazıçı Günel Eyvazlı 
Jurnalist Rövşən Vəliyev 
Jurnalist Əziz Əlibəyli 
Qlobal Sağlamlıq Turizmi Şurasının prezidenti Ruslan Quliyev 
Əməkdar jurnalist Qulu Məhərrəmli 
Şair İntiqam Yaşar 
Bəstəkar, şair Şahin Musaoğlu 
Jurnalist Vüsal Qarayev
Şair Sadiq Əliyar
Yazıçı Elçin Hüseynbəyli
Şair Əlizadə Nuri
Şair Anar Amin 
Hüquq Elmləri Doktoru Hikmət Cavadov
“Qaynar.info” saytının baş redaktoru, şair Zahir Əzəmət 
Yazıçı Varis Yolçuyev 
Jurnalist Anar Yusifoğlu
Şair Həyat Şəmi 
Şair İlqar Türkoğlu
Şair Zəka Vilayətoğlu 
Yazıçı Reyhan Yusifqızı
Professor, Texnika və Filologiya Elmləri Doktoru Elçin İsgəndərzadə 
İbrahim Yıldırım 
Qafqaz Televiziya Kanalının rəhbəri Eltən Törəçi
Hüquqşünas Səidə Əkmən 
“Birlik” jurnalının baş redaktoru İlqar İlkin
Güney Azərbaycan şairi Məhəmməd Çalğın 
Yazıçı Gülxani Pənah 
Sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova 
Hüquqşünas İlham İbadov 
Aktyor Rza Rzayev
Yazıçı Seyran Səxavət 
Bəstəkar, şair Aysel Kərim
Azərbaycan Müəllifləri İctimai Birliyinin sədri İsmayıl Məmmədkərimov
Yazıçı Elçin Arifoğlu 
“Odlar yurdu” İctimai Birliyinin sədri Nigar Ələsgərli
Sabir Fondunun direktoru Sevda Tahirli 
“Aznews” saytının baş redaktoru Taleh Şahsuvarlı 
Şair, əməkdar mədəniyyət işçisi Qəşəm Nəcəfzadə 
Yazıçı Vüsal Nuru 
Şair Dayandur Sevgin
Jurnalist Qardaşxan Əzizxanlı 
Jurnalist Nadir İsmayılov 
Jurnalist Hüseyn Mahmudoğlu 


 

Bənzər xəbərlər

Gündəm

0.089268207550049