May 02

II qrup əlildən prezidentə: “Karvan”ın haqsızlığına susmayın” – Video

Sumqayıtda yerləşən “Karvan” ticarət mərkəzinin sahibkarı olmuş Füzuli Quliyev ona dəyən ziyanın kompensasiyasını 6 ildir ki, ala bilmir. Reportyor.info xəbər verir ki, II qrup əlil olan F.Quliyev prezidentə və I vitse-prezidentə video müraciət edib. Himayəsində iki uşaq olduğunu və çətin vəziyyətdə yaşadığını qeyd edən F.Quliyevin sözlərinə görə, “Karvan”ın sahibi Kamil Əhədov ona dəymiş ziyanı ödəmir. Prezident İlham Əliyevdən və xanımı Mehriban Əliyevadan kömək istəyən sahibkar bildirib ki, onun müraciətlərinə baxılmır: “Kamil Əhədov deyir ki, hara istəyirsən şikayət edə bilərsən. İcra hakimiyyəti isə bildirri ki, ona gücümüz çatmır. Mən dəfələrlə prezidentə və Mehriban xanıma məktublar yazmışam, amma cavab verilmir, məktublarım onlara çatacaq baryerləri aşmır. Xahiş edirəm ki, bu haqsızlığa susmayasınız, mənim səsimə səs verəsiniz”.

REPORTYOR.info

Bənzər xəbərlər

Gündəm

0.031732082366943