Apr 29

Abşeron DYP əməkdaşlarının göz yumduqları və ya rüşvət aldıqları

Bir neçə gün bundan əvvəl Abşeron DYP nin qanunsuz fəaliyyəti barədə saytımızda dərc olunan yazı böyük rezonans doğurmuş və bəzi DYP əməkdaşlarının canına qorxu salmışdır. Saytımızada dərc olunan yazıdan sonra rəhbəri olduğum Xeber-Xetti.com saytına xaker hucumlarının təşkili sifarişli şəkildə həyata keçirilsədə heç bir nəticə əldə edə bilməmişdilər. Sayta olunan DDOS hücumların qarşısı dərhal alınmış və xakerliklə məşgul olan şəxs ifşa edilmişdir. Hüquq Mühafiqə Orqanlarına ünvanladığımız sorguların hansı səbəbdə cavabsız qalması barədə isə növbəti yazımızda . İndi isə qayıdaq Abşeron DYP nin qanunsuz fəaliyyətinin ikinci hissəsinə. Bildirdiyimiz kimi bu rayonda xüsusilə Xırdalan şəhərində arxa oxları kəsilmiş, konstruksiya dəyişikliyi edilmiş, yan şüşələrə pərdə vurulmuş maşınlar üstünlük təşkil edir. Bu avtomobillərin sahibinin əksəriyyəti Xırdalanda tanınmış adamların, imkanlı ailələrin övladlarıdır. Məsələn keçən yazımızdan sonra DYP əməkdaşı Mehman adlı şəxs tərəfindən üstümüzə göndərilən Niva markalı avtomobilin sürücüsü İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri mərhum Elçin Behbudovun yaxın qohumu Ayxan adlı şəxs idi. Saytımıza xaker hücumlarının təşkil etdirən şəxs isə Novruz adlı DYP əməkdaşıdır. Əlavə məlumat üçün qeyd etmək istəyirəm ki, Xeber-Xetti .com saytına xaker hücümü edən Orxan Bəşirov adlı şəxs saytımıza xaker hücumunu Novruzun sifarişi ilə pul müqabilində etdiyini etiraf edib. Hərçənd ki, bu cür cinayəti törətdiklərini etiraf etməsələrdə əlimizdə olan faktlar tam əksini söyləyir. Həmiçinin qeyd etmək istəyirəm ki, araşdırmamız nəticəsində məlum olmuşdur ki, Niva markal avtomobil etibarnamə ilə Novruz adlı DYP əməkdaşının adına qeydiyyatdadır. Daxili İşlər Naziri cənab Ramil Usubovun Abşeron rayonuna təyin etdiyi DYP rəisi isə ya yeridə deyil yada işləyə bilmir. Cənab nazir Ramil Usubov hər bir rayona rəis təyin edəndə onlardan ilk tələbi işinə məsuliyyətli yanaşmaq, rüşvətə və korrupsiya hallarına yol verməmək və göstərilən etimadı doğrultmalarıdır.Amma Abşeron DYP rəisi Raqib müəllim vəzifəsinin öhdəsindən layiqincə gələ bilmir. Məhz bu səbəbdən Xırdalanda özbaşınalıq baş alıb gedir. Bu gün bunlardan bir neçəsinin video görüntülərini sizə təqdim edəcəyik. Saytımız vasitəsilə DİN cənab Ramil Usubova çatdırmaq istəyirik ki, bu rayona xidməti vəzifəsinin öhdəsindən gələ biləcək və sizin adınıza xələl gətirməyəcək bir rəis təyin etsin. Növbəti yazımızda sayt rəhbərini “razborkaya “ çağıran şəxsin internet vasitəsi ilə onlayın qumar oyunlarının qanunsuz təşkil etməsini və QARA BAZAR fəaliyyəti haqda məlumat verəcəyik.
 

Teqlər:

Bənzər xəbərlər

Gündəm

0.031476020812988