Apr 20

Aİ ilə saziş Bakıya nələr qazandırır? - TƏHLİL

Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanması nəzərdə tutulan strateji tərəfdaşlıq sazişinin əhəmiyyəti misilsizdir. Çünki Avropa Birliyi dünyanın ən nəhəng güclərindən biridir və bu saziş Azərbaycana Avropanı mütəffiq kimi qazandırır.

Bu sözləri Axar.az-a bəzi antimilli dairələrin Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanacaq strateji sazişə dair əsassız fikirlərinə münasibət bildirən politoloq Qabil Hüseynli deyib. Bu tərəfdaşlığın Dağlıq Qarabağ probleminin həllinə müəyyən dərəcədə kömək göstərə biləcəyini qeyd edən politoloq sazişin iqtisadi əhəmiyyətindən də danışıb:

“Azərbaycanın nefti, qazı yüksək qiymətlə Avropa bazarlarına çıxarılır, Azərbaycan da Avropadan nanotexnologiyalarına uyğun müxtəlif materiallar alır. Əvvəllər tərəfdaş olmayan ölkə kimi Azərbaycan bu malları daha baha qiymətə alırdı. Tərəfdaşlıq sazişindən sonra isə alınan mallar ölkəmiz üçün xeyli ucuz qiymətə başa gələcək”.

Qabil Hüseynli onu da bildirib ki, tərəfdaşlıq sazişi Azərbaycan vətəndaşlarına Avropa ölkələrinə vizasız gediş-gəlişi üçün imkan yarada bilər:

“Aİ ilə tərəfdaşlıq sazişi vətəndaşlarımıza Avropa ölkələrinin hər hansı birinə viza almadan səyahət edə bilmək imkanı da qazandıra bilər. Doğrudur, vizasız gediş-gəliş hələ tam dəqiqləşdirilməyib, amma düşünürəm ki, bu, sazişdə öz əksini tapmalıdır. Nəticə etibarı ilə Azərbaycan və Avropa ölkələri arasında tərəfdaşlıq sazişi getdikcə təkminləşərək NATO və digər böyük təşkilatlara üzvlüyə yol aça bilər. Bu da Azərbaycanın mövqelərini xeyli möhkəmləndirə, onun daha sürətlə inkişafına təminat verə bilər. Bununla da, ərazi bütövlüyünün təmin edilməsində özümüzə yeni daha güclü tərəfdaşlar və müttəfiqlər tapmış olarıq”.
 

Bənzər xəbərlər

Gündəm

0.02523398399353