Apr 18

İsayevi Əhmədov əvəz edəcək-BƏRDƏDƏ

Bərdə qədim tarixi şəhərdir. Onun tarixi eramızdan əvvələ gedib çıxır. Bugünkü Bərdə öz ulu nəcabəti ilə yaşayıb nəfəs alır. Bərdə bu gün təkcə öz problemləri ilə yaşamır. Burada minlərlə qaçqın ordusu məskunlaşıb, sabaha öz nicatlarını gözləyirlər. Məhz bu ciddi amilə görə Bərdə bu gün müdrik və uzaqgörən rəhbərlik idarəçiliyi ilə əhatə olunmalıdır. Görəsən, bu, doğrudanmı belədir? Bir müddət öncə prezident İlham Əliyevin sərəncamı ilə Vidadi İsayev Bərdə rayon icra hakimiyyətinin başçısı təyin olundu. Bu təyinatla əlaqədar rayon əhalisi böyük nikbinliyə qapıldı. Tarix boyu bütün cəmiyyətlər həmişə yenilik həvəsi ilə yaşayırlar. Bərdə cəmiyyəti də demək olar ki, bununla əlaqədar istisnalıq təşkil etmədi. İcra başçısı da Bərdədəki “oborot”u yaxşı görürdü. İlk öncə mədəniyyət evində əhalinin qəbulunu təşkil etməyə başladı. Əhaliyə “sizə qurban olum” deməyə başladı. Bəzi-bəzi insanların problemini həll etdi. Bu xeyirxah iş nə az-nə çox, cəmi-cümlətanı bir ay çəkdi. Sonradan məlum oldu ki, bu icra başçısının şousu imiş. Demək olar ki, bir andaca əhalinin icra başçısı səviyyəsində qəbuluna mollasayağı fatihə verilib yığışdırıldı. Başçının əhaliyə “sizə qurban olum” sözləri “rədd olun, indi sizi içəri soxduracağam” sözləri ilə əvəzlənməyə başladı. 
Sonrakı idarəçiliyi isə bəllidir. İnternetdə axtarış verəndsə Vidadi İsayevin yarıtmaz idarəçiliyi ilə bağlı yüzlərlə tənqidi məqaləni tapacaqsınız.
Azerinfo.tv xəbər verir ki, məlum Gəncə olaylarından sonra sabiq icra başçısı Elmar Vəliyevin siyasi arenadan getməsi İsayevin hamisiz qalması ilə nəticələndi. Çünki Bərdə də Vəliyevin kurasiyasındakı rayonlardan idi.
Hazılrda Bərdə əhalinin Prezident Aparatına ən çox şikayət ünvanladığı rayonlardandır.
Yaxın vaxtlarda İsayevin görəvindən birdəfəlik alınacağı şəksizdir.
Artıq onun yerinə namizəd də var. Bu işgüzar nüfuzu və sadəliyi ilə bərdəlilərin ürəyini fəth etmiş Sərdar Əhmədovdur. O Bərdə Suvarma Sistemləri İdarəsinin rəisidir. 
Sərdar müəllimin rəhbərlik etdiyi Bərdə Suvarma Sistemləri İdarəsinin kollektivi üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlir. Suvarma kanallarının lildən təmizlənməsi, bəndlərin bərkidilməsi işləri vaxtında və keyfiyyətlə yerinə yetirilir. İdarə rayonda minlərlə hektarlıq ərazidə meliorasiya və su təsərrüfatı sahəsində dövlət xidmətləri göstərir. SSİ daşqın və sel sularına qarşı mübarizə tədbirlərini uğurla həyata keçirir. Fermerlər, şəxsi təsərrüfat rəhbərləri, su istifadəçiləri SSİ-nin göstərdiyi xidmətlərdən razıdırlar. İdarənin balansında olan texnika, avadanlıq və mexanizmlərin saz vəziyyətdə qalması daim diqqət mərkəzindədir. Torpaq sahələrinin meliorativ vəziyyətinin yaxşılaşdırılması məqsədilə kollektor dren şəbəkəsi təmizlənir, elektrik mühərriklərinin, nasos aqreqatlarının, hidrotexniki qurğuların, nasos stansiyalarının, hidropostların əsaslı və cari təmiri həyata keçirilir.
Sərdar Əhmədovun namizədliyi yuxarı dairələrdə də müsbət qarşılanır. Məhz onun sayəsində Bərdədə kənd təsərrüqfatı hələ tənəzzül etməyib.

Bənzər xəbərlər

Gündəm

0.040652990341187