Apr 16

"Flaqman" istehsalı olan kolbasalar insan həyatı üçün təhlükəlidir

 
 

 "Flaqman" istehsalı olan kolbasalar insan həyatı üçün təhlükəlidir -ŞOK İDDİA

Ölkədə bir neçə kolbasa istehsalı ilə məşğul olan şirkətlər var ki, onların fəaliyyəti kafi qiymətləndirilir.

Belə şirkətlərdən biri “Flaqman” şirkətidir ki, öz ənənəsinə sadiq olaraq ölkə vətəndaşlarını istehsal etdikləri kolbasaya cəlb edirlər. Əslində adı hallanan şirkət 4 il əvvəl istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verdiyinə görə kolbasa məmulatının istehsalı ilə məşğul olan "AY-MİN" MMC-yə 8 min manat maliyyə sanksiyası tətbiq edilib.

Ticarət şəbəkəsindən geri yığılmış 132 kiloqram saxta kolbasa məmulatının məhv edilməsi barədə "AY-MİN" MMC-yə icrası məcburi göstəriş verilib. Lakin şirkətin adını dəyişərək “Flaqman” MMC etdikdən sonra məhv edilməli olan kolbasalar yenidən satışa çıxarıldı. Bu barədə ölkə mətbuatı kifayət qədər dəlil və sübütlarla “Flaqman” MMC-ni ifşa etdi. Bütün bunlara baxmayaraq yenidən gündəmə gələn “Flaqman” istehsalı olan kolbasalar insan həyatı üçün necə təhlükə olduğunu şahidiyik.

Məlum məsələdir ki, mənşəli bilinməyən ət məhsülları birbaşa “Flaqman” MMC-yə gətirilir. Lakin aidiyyətli qurumlar məsələyə biganə yanaşaraq işlərini bitmiş hesab edirlər. Əlbətdə ki, mənşəli bilinməyən ət məhsülları neçə-neçə insanın həyatını təhlükə altına atıb. Sonda həmən MMC məsüliyyəti üzərindən atmaqla heçnə olmamış kimi istehsal etdikləri kolbasanı saytlarda və tv kanallarında reklam etdirir.

Cüzi maliyyə hesabına reklam qazanan “Flaqman” istehsalı olan kolbasalar keyfiyyət baxımından olduqca aşağı qiymətləndirilir. Vətəndaşlardan xahiş olunur ki , marketlərdən kolbasa aldıqda ehtiyatlı olsunlar. Növbəti yazılarımızda sözügedən MMC-nin fəaliyyəti ilə bağlı daha geniş yazılar dərc edəcəyik. Və biləcəksiniz ki, “Flaqman” MMC adı altında fəaliyyət göstərən şirkət dövlətə hər ay nə qədər kələk gəlir....

Bizi izləməyi unutmayın

DOSYE.ORG

Bənzər xəbərlər

Gündəm

0.030964136123657