Mar 14

Direktor Laçının işğal günü rəqs etdi, Xocalının ildönümünü məktəbdə qeyd etməyə mane olmaq istədi-QALMAQAL FOTO-VİDEO FAKT

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları Azərbaycanın Xocalı şəhərində bəşəriyyət tarixində ən qanlı faciələrlə bir sırada duran soyqırımı törətdilər. Bu faciədən 27 il keçir. Həmin kütləvi qırğın nəticəsində 106-sı qadın, 63-ü uşaq, 70-i qoca olmaqla 613 nəfər amansızlıqla qətlə yetirildi, 487 nəfər şikəst oldu, 1275 dinc sakin girov götürüldü, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini itirdi. Hər il dünya azərbaycanlıları və ədaləti uca tutanlar Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edirlər.
Azərbaycanın elə şəhər, kənd və qəsəbəsi olmaz ki, oranın məktəblərində kiçik belə olsa tədbir keçirilməsin.
Buna hamı mənəvi ehtiyac durur, özünə borc bilir.
Amma Bərdədə qaçqın məktəbinin direktoru olan bir şəxs nədənsə bu tədbirin keçirilməsini istəmir. Keçirmək istəyənlərə də maneçilik edir.
Xocalının Facıəsinin 27- ci il dönümünü Bərdə rayon 588 saylı qacqın qəsəbəsində qeyd etmək istəyən, Ağdam rayon, 11 saylı məktəbin idman müəllimi, əslən Xocalıdan olan İntiqam Türbəndiyev gözlənilməz maneə ilə üzləşib.
11 saylı məktəbin direktoru öz idman müəlliminə dəstək verdiyi halda , 19 fevralda 12 saylı məktəbin direktoru Aftandil idman zalına gələrək tədbiri dayandırmağı tələb edib. Sadəcə deyib ki, Xocalını anmaq lazımsızdır, gərəksizdir.
Tədbir baş tutsa da, 12 saylı məktəbin direktorunun hərəkəti məktəblilərin qanını qaraldıb.
Qeyd edək ki, bu onun ilk hoqqası deyil. 2016-cı ildə Laçının işğal günündə məktəbdə əlifba bayramı keçirək rəqs etmişdi.
İntiqam Türbəndiyev həmin vaxtdan indiyədək  əlaqədar orqanlardan bu adamın milli mənsubiyyəti və şəxsi işi ilə bağlı araşdırma aparılmasını tələb edir.
Xocalı soyqırımının il dönümünü Azərbaycan prezidenti daxil olmaqla bütün ölkə vətəndaşları anır. Bu hamımızın müqəddəs borcudur.

Xocalı facıəsinin 27-ci il dönümündən FOTOLAR

DSC_0376

DSC_0390

DSC_0391

DSC_0398

DSC_0386

DSC_0384

DSC_0404

Qarşı tərəfin də mövqeyin dərc etməyə hazırıq.
Dərc etdi: Elmar Nuruoğlu.

Bənzər xəbərlər

Gündəm

0.033332109451294