Jul 26

Qadınlara qarşı artan şiddət, total qətllər: - Səbəb kasıblıqdır?

Son zamanlar ölkəmizdə qadın qətlləri daha çox müşahidə edilir.

Azərbaycanda qadınların rəsmi olaraq kişi ilə hüquqları eyni olsa da, əks cinsin hansısa üsulla seçildiyinin çox vaxtı şahidi oluruq. Bu artıq bildiyimiz fəaliyyət sahələrində. Vəzifələrdə əksini tapmır.

Zərif cinslər ümumi yaşamda fərqləndirilir. Məsələn, qadınların zorakılığa uğrayaraq, xüsusi qəddarlıqla qətlə yetirilməsi halları onların yaşam şərtlərini qorxuya salıb, məhdudlaşdırır.

Belə bir hadisələrdən biri də ötən gün Bərdə şəhərində yaşanıb.

1983-cü il təvəllüdlü ərin həyat yoldaşını əlləri ilə boğaraq həyatına son qoyması barədə rəsmi məlumatlar yayılıb.

Maraqlıdır, səbəbindən olmasından asılı olmayaraq, indiki vəziyyətdə onların qətllərinə rəvac verən ən böyük səbəb nədir? Niyə qadınlar yaşamaqdan belə qəddarlıqla məhrum edilir?

Bununla bağlı Cebhe.info-ya danışan Bakı Psixologiya Məktəbinin rəhbəri, klinik psixoloq Xatirə Səfərova bildirib ki, hazırda hər bir insanda posttravmatik stress müşahidə olunur:

“Uzun illərdir ki, müharibə dönəmində yaşamış kimiyik. Hazırda isə müharbə bitib. Vətən müharibəsi qürur yerimiz oldu, biz düşmənlərə qalib gəldik. Qalib gəldiyimizə görə şəhidlərimizə borcluyuq. Bildirim ki, son zamanlar insanların davranışında yaranmış pozuntuların səbəbi təkcə müharibə deyil, bunu eyni zamanda pandemiya sonrası psixoz nəticəsi olaraq da analiz etmək olar.

Ümumilikdə insanların ehtiyaclarının ödənilməməsi onların davranışlarında biruzə verir. Bura mənəvi, maddi ehtiyacları daxil etmək olar. Həmin ehtiyaclar ödənilmədikdə, bu psixoz halında, yaxud da davranış mexanizminin pozuntusu ilə insandan nə vaxtsa xaric olmaq istəyəcəkdir.

Xanımına 9 bıçaq zərbəsi vuran kişinin ehtiyacı nə ola bilərdi? Ailədə nə kimi problem baş verə bilər ki, o xanımına bu qədər sayda bıçaq zərbəsi vurub?! Bu məsələdə səbəb ilk olaraq maddi ehtiyacların yaratdığı probemlər ola bilər. Digər yanaşmadan çıxış edərək deyə bilərik ki, qətli törədən şəxsin illərdir ki, göz yumulan psixi problemləridə ola bilər. İnsanlar onun psixopatiyadan əziyyət çəkdiyini görə-görə heç nə deməyə, bunu ört- basdır edə bilər”.

Psixoloq qeyd edib ki, belə halların səbəbi insanlarda olan sosial fobiyadır:

“Bu cür şəxslər düşünür ki, xanımı ondan ayrılsa, qohum- əqrəba görən ona nə deyər?! Qohumlar razıdır ki, qadın psikopatla yaşasın, amma boşanmasın. Ona görə ki, o boşanarsa adına ləkə gələr. Lakin 9 bıçaq vurularaq ölərsə, adına ləkə gəlməz. İnsanların ətraf mühitə, hadisələrə düzgün yanaşmaması bir çox mənfi hadisələrin baş verməsinin səbəbidir.

Bildirim ki, insanların mənəvi dəyərləri var. Məsələn, evin kişisinin borcu var. O borcunu ödəyə bilmir. Biri zəng vurur ki, borcunu nə vaxt ödəyəcəksiniz?! O da borcunu ödəmək üçün qarşı tərəfdən vaxt istəyir. Həmin kişi evə gələrkən özünü narahat hiss edir. Bəlkə dərdini danışa bilmir, ailəsiylə bölüşə bilmir. Həmin şəxs istəyir ki, xanımı onu anlasın, onu evdə başa düşsünlər, ona kişi kimi hörmət etsinlər. Yaxud da müdirinin ona hörmət etməsi də əsas məsələ ola bilər. Elə şəxslərə görə əsas pul deyil, iş yerində müdirinin hörmətini qazanmaqdır”.

Xatirə Səfərova vurğulayıb ki, son günlərdə belə hadisələrin çoxalma səbəbi kimi informasiyanın adiləşməsini əsas gətirib:

“Biz tolerant respublikayıq, ölkəmiz həqiqətən də inkişaf gedir. Bir nəfərdə hansısa problemin olmasını digərlərinə şamil etmək olmaz. İndiki dövrdə hansı insanın telefon əlindən “yerə” düşür?! Texnologiya cəmiyyətində yaşayırıq. Belə cəmiyyətdə informasiya sürətli yayılır. Əgər informasiya sürəti belədirsə, onun effekti aşağı düşür.

Məsələn, kişinin xanımına 9 bıçaq vurması adi məsələ kimi başa düşülür. Elə bil ki, qarışqanı öldürüb. İnformasiya qıtlığı olsaydı, bu hadisənin törədilməsi sensassiya olardı. Hadisələr adi bir hala keçdiyi zaman çoxalır.

Hadisələrin çoxalma versiyasında insanlar boşanmaq olmaz kimi söhbətlərə elə də fikir vermirlər. Düzdür bunlar yenə də cəmiyyət içərisindən çox dolaşır. Çünki hər kəs bu gün öz dünyasını yaşayır. Amma cəmiyyət içərisindəki “camaat nə deyər?!” fikri hələ bitməyib”.

Bənzər xəbərlər

Gündəm

0.064481973648071