Jul 06

Geyiminə sərvət xərcləyənlər - FOTOLAR

Məşhur simalar gördükləri işlərdən çox geyimləri, aksesuarları ilə diqqət çəkirlər. Bəzən insanlar onları məhz nə geyindiklərinə baxmaq üçün izləyirlər. Kimi bahalı brendlərin libaslarından, aksesuarlarından, çanta və ayaqqabılarından istifadə edir. Kimi isə moda evlərinin hazırladığı paltarlara üstünlük verir.
 
Axşam.az şou-biznesin tanınmış simalarının haradan geyindiklərini təqdim edir:
 
Müğənni Günel Zeynalova hər zaman bahalı geyimləri və aksesuarları ilə diqqət çəkir. Sənətçi "Gucci", "Beymen", "Dolce Gabbana", "Balmain", "Dior", "Prada" kimi brendlərin paltar, ayaqqabı və çantalarından istifadə edir. Hətta Günel aksesuarlarını da tanınmış brendlərdən seçib.

O, "Rolex" saatını, "Tiffany & Co."dan olan sırğalarını nümayiş etdirib. Günelin "Gucci" brendindən olan bir libasının qiyməti 6766 manatdır.

Xalq artisti Tünzalə Ağayeva daha çox modelyer Gülnarə Xəlilovanın kolleksiyalarına müraciət edir. Bəzən isə müğənni brendlərin paltarlarını seçir. Ağayeva son günlər "Versace" brendindən olan 7981 manatlıq paltarı ilə gündəmə gəlmişdi. İfaçı əksər hallarda "Jimmy Choo" brendinin ayaqqabılarına üstünlük verir. Tünzalə eyni zamanda "Balmain", "Off White", "Uventa" kimi brendlərdən geyimlər seçir.

Brend geyimləri ilə hər zaman diqqət çəkənlərdən biri də müğənni Aysel Əlizadədir. Aysel "Prada" çantaları ilə daha çox paylaşım edir. İfaçının bir çantasının qiyməti 3165 manatdır. Onun eyni zamanda "Louis Vuitton", "Moschina", "Valentino" kimi brendlərin çantalarına üstünlük verir. Aysel eynəklərini "Dolce & Gabbana", "Cartier" brendlərindən seçir. İdman tərzli ayaqqabılarını "Adidas", "Louis Vuitton", "Alexander McQueen"dən alan müğənni, klassik ayaqqabıları üçün "Dolce & Gabbana", "Alexander McQueen", "Michel Kors"a müraciət edib. Sənətçi geyimlərini də sözügedən brendlərdən almağa üstünlük verir.

Xalq artisti Zülfiyyə Xanbabayeva da son günlər brend geyimləri ilə diqqət çəkib. O, "Emporio Armani", "Balmain" kimi brendlərdən geyindiyi geyimləri, "Dior", "Lanvin", "Fendi"dən olan çantaları ilə gündəmə gəlib.

Əməkdar artist Ədalət Şükürov hər zaman brend və son dəb geyimlərə üstünlük verir. Müğənni "Love Moschino", "Palm Angels", "Ralph Lauren" köynəkləri, "Off white" ayaqqabıları ilə seçilib. Şükürovun qarderobunda ən diqqət çəkən isə bahalı saatlarıdır.

Müğənni Sevda Yahyayeva əksər hallarda "Mango", "Zara" markalarının yay geyimlərinə üstünlük verir. Sənətçi çanta, eynək və ayaqqabıları üçün "Fendi", "Alexander McQueen", "Gucci", "Etro", "Christian Louboutin", "Hermes", "Jimmy Choo" brendlərinə üz tutur.

 
 
 
 
 
 
 
 
 

Bənzər xəbərlər

Gündəm

0.12242913246155