Jul 04

Dünyanın ən qəribə vergiləri: “İkinci ər”, “Qorxaqlıq”, “Qaralma” üçün tutulan ödənişlər

Dünya ölkələrinin hər bir vətəndaşı qazanclarının bir qismini dövlət büdcəsinə vergi ödəyir. Bu xərclər ölkədə yaradılan bir çox şəraitə öz töhvəsini verir. Lakin bəzən müxtəlif ölkələrdə kəsilən vergi xərcləri insanlar tərəfindən təəccüblə qarşılanır. 
 
Bizim.Media bu haqda kiçik araşdırma apararaq keçmiş zamanlardan indiyə qədər olan qəribə vergi ödəmələri haqqında məlumatları toplayıb.
 
ABŞ-da "Qaralma vergisi"
 
2016-cı ildə ABŞ hökuməti öz vətəndaşlarının sağlamlığının qayğısına qalmaq məqsədilə "qaralma vergisi" tətbiq edib. Belə ki, solyaridə qaralmaq istəyən hər bir ABŞ vətəndaşı xidmətin 10 faizi həcmində əlavə ödəniş etmək məcburiyyətində qalıb.
 
Belçikada "Manqal vergisi"
 
3,5 milyon sakini olan Valloniya şəhərinin yerli hökuməti 2007-ci ildə qlobal istiləşməyə qarşı mübarizə məqsədilə manqalda hazırlanan yeməklər üçün vergi qoymaq qərarına gəlib. Hökümətin fikrincə, manqalda yemək hazırlanarkən atmosferə 50-100 qram istixana qazı buraxılır. Ona görə də regionun hər bir sakini öz həyətində manqal qalamazdan əvvəl 20 avro vergi ödəməlidir. Buna nəzarət isə xüsusi kameralar quraşdırılmış helikopterlər vasitəsilə həyata keçirilir.
 
Çar Rusiyasında "Saqqal” və "Palıd taxtasından tabut” vergisi
 
Rus çarı I Pyotr (1672- 1725) dövründə saqqal vergisi və palıd taxtasından tabut üçün vergi yığılırdı. Keşişlərdən, monaxlardan və kəndlilərdən başqa bütün əhali ya saqqalını qırxmalı, ya da vergi verməliydi. Kəndlilər şəhərə daxil olduqda və ya çıxdıqda saqqal rüsumu ödəyirdilər.
Palıd taxtasından tabut üçün vergi ağır olsa da, imkanlı adamlar bu qiymətli taxtadan tabut hazırlatdırmaları ilə öyünürdülər.
 
Qədim Misirdə "Yağ vergisi”
 
Qədim Misirdə yemək yağının təkrar emalı qanunsuz olduğu üçün ev sahibi təzə yağ almağa, həmçinin müvafiq vergini ödəməyə məcbur edilirdi.
 
İngiltərədə "Qorxaqlıq vergisi”
 
Orta əsr İngiltərəsindəki bir cəngavər müharibədə iştirak etmək istəmədikdə pul ödəməklə canını döyüş meydanından qurtara bilirdi. "Qorxaqlıq vergisi" adlandırılan bu ödəniş cəngavərin müəyyən bir döyüşdə hərbi xidməti keçməməsinə icazə verirdi.
 
İspaniyada - "İkinci ər vergisi”
 
İspaniyada 14-cü əsrdə bu vergini ikinci dəfə ailə quran qadınlar ödəmək məcburiyyətində olub.
 
Yeni Qvineyada "Sülh vergisi”
 
Ölkədə tətbiq olunan sülh vergisi illik 17 avro təşkil edir və ödənilməsi məcburidir. Bu vergi müharibə olmayan dövrlərdə ödənilir.
 
İsveçrədə "Səs vergisi” 
 
1980-ci illərdə İsveçrənin Sürix və Cenevrə şəhərlərinin hava limanlarında təyyarələr üçün xüsusi vergi mövcud idi. Bu vergi səs vergisi adlanırdı və çox səs-küy yaradan təyyarələr üçün nəzərdə tutulub.

Bənzər xəbərlər

Gündəm

0.037578821182251