Mar 31

Texnikom direktorunun bacısı qalmaqala səbəb olub-Həbs, korrupsiya,borclular...

Ötən saylarımızın birində Bakı İqtisadiyyat və Humanitar Kollecinin rüşvət yuvasına çevrilməsindən yazmışdıq.

Bildirmişdik ki, kollec direktoru tələbələrdən alınan pulları bacısının əliylə toplayır. Bacısı isə kollecin kordiorunda gəzməklə duruma nəzarət edir və alış-veriş işlərini reallaşdırır.

Səhərdən axşama qədər əlində çanta ilə koridorda dolaşan sözügedən şəxsin Bakı İqtisadiyyat və Humanitar Kollecində işləməməsi isə bir ayrı mətləbdir.

Kollecin direktoru Rüxsarə Əliyeva Təhsil Nazirliyindən buraya transfer olunduqdan sonra qaydalarla yanaşı, durum da dəyişib.

Bəzi saytlarda direktorun hətta süpürgəçinin maaşını mənimsədiyi iddia olunur.

Onu da xəbər vermişdik ki,Rüxsarə Əliyevanın kollecdə işləyən Səadət adlı bacısı haqda cinayət işi açılıb.

Reportaj.tv xəbər verir ki, bir neçə gün əıvvəl onu hətta polis idarəsində dindiriblər. Səadət xanımın bir neçə adamdan iş düzəltmək və s işlər adı altında böyük məbləğlər aldığı deyilir. Ehtimal ki, bu işdə direktorun da adı hallanmamış deyil.

Məsələ ilə bağlı kollecə zəng edib direktorla əlaqə saxlamaq istəsək də iclada olduğunu dedilər. Məsələ ilə bağlı özünə xəbər veriləcəyini dedilər.

Lakin texnikomdan məsələyə münasibət bildirilmədi.

Məsələnin deytalları ilə bağlı bəzi məlumatlar daxil olub.

Səadət xanımdan şikayət edən şəxs rüşvət verdiyi 5500 manat pulu tələb edib. Rüxsarə Əliyeva 48 saat ərzində bu məbləği taparaq bacısını polisdən çıxarıb. Lakin şikayətçilərin ümumi sayının 7 nəfər olduğu deyilir. Bunların hamısından işə düzəltmə adı ilə pul alınıb.

Ümumilikdə isə Rüxsarə Əliyevanın məhz bacısı Sədaqət xanımın ucbatından kollektivdə konfkiliktlər yaşadığı deyilir. Məsələr əvvəllər burada müavin kimi çalışmış Lalə Əzimivanın da direktorla soyuqluğu bu səbəbdəndir. Diğər vicdanlı müəllimlər də Rüxsarə Əliyevanın bacısı ilə yola getmir.

Mövzuya qayıdacağıq.

Bənzər xəbərlər

Gündəm

0.088979005813599