Feb 28

"ƏRİMİ VURUB ÖLDÜRÜB, SIĞORTA PULUN VERMİR"-ŞİKAYƏT

 Sumqayıt şəhəri,  18-ci mk-rn, ev 1, mən.64-də yaşayan Ağagülova Gülnarə Qazəhməd qızı tərəfindən

 “Keçmiş həyat yoldaşımın avtoqəza nəticəsində ölümündən sonra 12 yaşlı övladına pensiyanın və ölümünə görə sığorta ödənişinin qanunsuz olaraq verilməməsindən

                                           Ş İ K A Y Ə T  

    Əvvəlcə bildirim ki, mən keçmiş həyat yoldaşım olan mərhum Əmiraslanov Vüqar Mirsəddər oğlu ilə 2007-ci ildə toy edərək ailə qurmuşduq. 2008-ci ildə Aybəniz adlı bir övladımız olmuşdur. 2014-cü ilədək əvvəlcə Vüqarın qeydiyyatda olduğu və yaşadığı ata evi olan Dəvəçi şəhəri, Ç.Mustafyev küçəsi , ev 16-da yaşadıqdan sonra Sumqayıt şəhərinə gəlib yaşamışdıq. 2014-cü ildən Vüqar bizi ataraq rayona ata evinə gedib 2020-ci ilədək yaşamışdır. Ona görə də bizim birgə nikahımız olmadığına görə qızıma atalığın müəyyən edilməsi və alimentin verilməsi barədə Şabran rayon Məhkəməsində 2014-cü ildə iddia ərizəsi verdim. Ərizəm hakim Teymur Qurbanov tərəfindən bxılaraq qismən təmin edildi. Və Dəvəçi rayon Qeydiyyat şöbəsi tərəfindən 2015-ci ildə qızım Aybənizə “Atalığın müəyyən edilməsi haqqında rəsmi şəhadətnamə verildi.Eyni zamanda Şabran rayon məhkəməsinin qətnmasinə görə 01 yanvar 2015-ci ildən etibarən 103 manat pulun aliment olaraq ödənilməsi qət edilmişdir. Lakin son 5 il ərzində atası Vüqar yalnız bir dəfə 100 manat aliment ödəmişdir. Dəvəçi İcra Şöbəsi Məhkəmə qətnaməsini nədənsə icra etməmişdir.

     Sonradan eşitdik ki, keçmiş ərim Vüqar Əmiraslanov bakının Qaradağ rayon ərazisində, “Meyvəli” adlanan ərazidə Zaur adlı ( mob tel. 055-2333395) minik avtomobili sürücüsü tərəfindən vurularaq ölmüşdür. Sürücü Vüqarın ata evi olan Dəvəçiyə getmiş və 8000 manat yardım etmişdir. Çox təəssüf ki, Vüqarın qardaşları bu pulu bölüşdürüb mənimsəmiş, onun yetim qalmış qız övladı olan Aybənizə isə 1 qəpik də verməmişlər. Aybəniz mərhum atasının varisi olsa da, ona ata yurdundan da pay təklif etmirlər. Hazırd biz Sumqayıt şəhərində atama məxsus evdə yaşayırıq. Baxmayaraq ki, gəlin köçdüyüm Vüqarın Dəvəçi şəhəri, Ç.Mustafayev  küç. Ev 16-da ata evində yaşadığımız vaxt cehizlərimin hamısı otaqda qalmışdır. Onu da vermirlər. Hal-hazırda Vüqarın ölümünə səbəbkar oolan sürücü Zaur isə öz məhkəmə işlərini qydasına saldıqdan sonra qəzada vəfat etmiş Vüqarın ölümünə görə Dövlət Sığorta Kommersiya şirkətindən düşən 5000 manat pulu özü alıb xərcləmək istəyir. Adını da qoyur ki, qəza törədən zman işin bağlanması və Vüqarın ailəsinə yardım verməklə çox ziyana düşübmüş. Axı qəzada ölən şəxsin övladı olan 13 yaşlı qızı bu gün əziyyət çəkir. Niyə sığorta ödənişi ona verilməməlidir? Niyə atasının ölümünə görə ona 18 yaşınadək dövlət verdiyi təqaüdü ala bilməməlidir?  Çünki  atasının ölüm şəhadətnaməsinin alınmasına yaramaz əmiləri çox biganə yanaşırlar. Amma ortalıqda bu ölüm faktını təsdiq edən Səhiyyə Nazirliyinin verdiyi 23 noyabr 2020-ci il tarixli Ekspert rəyində “Ölüm haqqında tibbi şəhadətnamə” var.

  Hazırda biz bürokrat qapılarında qalmışıq. Sənədlərimizi düzəldə bilmirik Və buna üstəlik övladımın əmiləri maneçilik törədirlər. Qəza örədən Zaur adlı sürücü də qəza işini qaydasına saldıdan sonra bilsə də öldürdüyü Vüqarın 13 yaşlı qızı pis vəziyyətdə yaşayır, ona sığorta pulunun alınıb verilməsində köməklik göstərmək istəmir. Əksinə bu pulu mərhumun övladının adından özü almaq istəyir.

   Cənab prezident, bizim ailəmiz çox ksıb vəziyyətdə yaşayırıq. Ailə dağıldıqdan sonra 5 il aliment ala bilmədik. İndi də aliment əvəzi olaraq övladıma atasınının ölümünə görə düşən təqaüdü ala bilmirik. Savadımız və pulumuz yoxdur ki, bu problemlərimizi həll edək. Ona görə də Sizdən xahiş edirik ki, ƏƏSMN-nə və Dövlət Sığorta kommersiya şirkətinə göstəriş verəsiniz ki, 13 yaşlı övladım Aybəniz Vüqar qızı pensiya və sığorta ödənişlərini ala bilsin Çox sağ olun.

Qoşma sənədlər-  8 vərəqdə.

İMZA:                       Gülnarə Ağagülova( 077-504 14 49,  070-632 93 05)

Bənzər xəbərlər

Gündəm

0.020927906036377