Oct 15

Azərbaycanda yoluxma niyə artır? - Həkim ancaq bir səbəb görür

Nazirlər Kabineti “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarında dəyişiklik edib.

Dəyişikliyə əsasən, xüsusi karantin rejimi dövründə operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Sabirabad şəhərinə, Sabirabad rayonunun Cavad, Türkədi, Qalağayın və Kürkəndi kəndlərinə, Şəki şəhərinə və Kiş kəndinə giriş-çıxış dayandırılır.

Bu qərar 2020-ci il 14 oktyabr saat 00:00-dan qüvvəyə minib.

Qeyd edək ki, Azərbaycanda 2 noyabr saat 06:00-dək xüsusi karantin rejimi tətbiq olunub.

Belə nəticəyə gəlirik ki, artıq bütün ölkənin yox, məhz "qırmızı ərazilər"in qapadılması taktikasından istifadə edilir.

Maraqlıdır, koronavirusa yoluxma sayının bu qədər kəskin şəkildə çoxalmağına səbəb nədir? Digər bölgələrdə də qapadılma gözlənilirmi?

Mövzu ilə bağlı Cebhe.info-ya açıqlamasında tibb sahəsi üzrə ekspert, terapevt Rasif Bağırov bildirib ki, virusun çoxalması ilə bağlı yenidən qapanma bir çox rayonda gözlənilir:

"Hazırda yenidən başqa bölgələrdə də karantin rejiminin sərtləşdirilməsi gözlənilir. Ona görə ki, yenidən yoluxma sayında ciddi dərəcədə çoxalma müşahidə edirik. Bundan əvvəl yoluxma sayı ciddi dərəcədə azalmışdı. Çünki maskalarla bağlı ciddi rejim tətbiq edildi. İnsanlar vaxtlı-vaxtında maskalardan istifadə etdilər. İstər küçədə gəzərkən, istərsə də ictimai yerlərdə maskalardan istifadənin çoxaldığını görürdük.

Maska taxmağın zəruriliyini bir az da qayda-qanunla insanlara izah etdilər.

Nəticədə insanların da maskalardan istifadə etməyi koronavirusa yoluxma sayında olan azalma ilə müşahidə edildi. Qeyd edim ki, koronavirusun qarşısını ən effektiv, keyfiyyətli alan vasitə maskadır".

Ekspert qeyd edib ki, koronavirusa yoluxma sayı kəskin azalan kimi insanlar maskadan da imtina etməyə başladılar:

"Bir ara koronavirus kifayət qədər azaldı. Bu zaman insanlarda artıq boşluq yarandı. Onlar düşündülər ki, artıq maskalardan istifadə etməsək də, olar. Maskalar ağızdan çıxan kimi yerdə qalan koronavirusa yoluxmamış az sayda insanlar var idi, onlar da başladılar virusu yaymağa. Hazırda xəstəliyə yoluxma sayı yenidən çoxalıb. Yoluxma sayının çoxalmağı da əsasən qeyd etdiyim səbəblə bağlıdır".

Bənzər xəbərlər

Gündəm

0.038689136505127