GündəmOct 10

Muzdlularla bağlı erməni “fake”lərinin miqyası - ARAŞDIRMA

Bolqarıstanda fəaliyyət göstərən Xəzər və Qara Dəniz Araşdırma Fondu (CCBS) tərəfindən aparılan tədqiqatlar nəticəsində Azərbaycanın Dağlıq Qarabağa muzdlu döyüşçülər göndərməsi ilə bağlı artan iddiaların sosial media istifadəçiləri tərəfindən hazırlanan saxta xəbərlərə əsaslandığı təsbit edilib.
CCBS-dən bildirilib ki, araşdırmalarından sonra, xəbərləri bir də müstəqil ekspertlərlə birlikdə yoxlayıb.

Qeyd edək ki, “Azərbaycanın Suriyalı muzdluları” adlı ilk saxta məlumatı sentyabrın 21-də erməni əsilli suriyalı Kevork Almasyan social şəbəkədə yayıb. O, heç bir konkret və etibarlı mənbədən istifadə etməyib.

Muzdlularla bağlı erməni “fake”lərinin miqyası

Həmin günün səhəri, özünü araşdırmaçı jurnalist adlandıran Lindsey Snell twitter hesabında Almasyana istinadla “Türkiyənin dəstəklədiyi Suriya Milli Ordusu Qarabağa göndərilir” yazıb.

Bir müddət sonra, Snell yenə twitterdə -‘Həmzə’ diviziyası Bakıya gəlir” - yazaraq altından hara uçduqları bilinməyən naməlum şəxslərin təyyarədə şəklini paylaşıb.

Muzdlularla bağlı erməni “fake”lərinin miqyası

Keçmiş tvitlərinə nəzər salanda, xanım Snelin erməni və kürdlərə rəğbətini asanlıqla müəyyən etmək olur.

CCBS –nin araşdırmalarına görə, “Greek City Times” portalı da, Snelin tvitlərindən istifadə edərək Azərbaycan və Türkiyəyə qarşı qeyri-obyektiv məlumatlar yayıb. Ümumiyyətlə, media və KİV-lərdə “Həmzə” diviziyası və suriyalı muzdlularla bağlı yayılan məlumatlar Snelin yoxlanılmamış tvitlərinə istinad edən mənbələrdən götürülüb.

Muzdlularla bağlı erməni “fake”lərinin miqyası

Bu günlərdə suriyalı muzdluların video görüntüləri və cəsədlərinin şəkilləri də gündəmdədir. Araşdırma mərkəzi, bununla bağlı qeyd edir ki, onların hamısı saxtadır və əslində, Türkiyənin müəyyən xəstəxanalarında xroniki xəstəlikdən ölən və ya Şimali İraqda öldürülən əsgərlərin fotoşəkilləridir. Məsələn, Qarabağda öldüyü iddia edilən əsgər Sərdar Temellinin fotosu ilə bağlı əmisi Abdurrahman Temelli sosial mediada narazılığını ifadə edib və bildirib ki, şəkil fotoşopdur, qardaşı oğlu Türkiyənin Şimali İraqda həyata keçirdiyi “Pəncə-Pələng” əməliyyatı zamanı həyatını itirib. Əmisinin sözlərinə görə, Sərdar Temellinin fotosunu Ermənistan Müdafiə Nazirliyi fotoşoplayaraq yayıb.

Guya Azərbaycan tərəfindən döyüşən suriyalıların çəkdiyi ‘selfi’-nin də fotoşop olması araşdırma mərkəzi tərəfindən müəyyən edilib. Belə ki, fotoya sadəcə Azərbaycan bayrağı əlavə edilib.

CCBS saxta xəbərlərin tirajlanması hallarının təkcə sosial media ilə məhdudlaşmadığını qeyd edir:

“Orta Şərq media qurumu, Suriya İnsan Haqları Müşahidə Mərkəzinə (SOHR) istinadla dərc etdiyi xəbərdə yazır: "Suriyalı muzdluların nəzərdə tutulan vəzifəsi yalnız Azərbaycandakı neft yataqlarını qorumaq idi."

Məlum olduğu kimi, Xəzər dənizi və sahillərində yerləşən sözügedən neft yataqları, Dağlıq Qarabağdan, hərbi əməliyyatların davam etdiyi ərazilərdən 300-400 kilometr məsafədə yerləşir. Bundan əlavə, bu neft yataqları müxtəlif ölkələrin aparıcı beynəlxalq neft şirkətləri konsorsiumları tərəfindən idarə olunur. Bu baxımdan CCBS yazır ki, “Beynəlxalq şirkətlərin nəzarəti altında neft sahələrində qanunsuz muzdluların istifadəsini iddia etmək absurddur. Yalan xəbər tirajlayanların “informasiya müharibəsi” münaqişəyə üçüncü ölkənin müdaxiləsinə zəmin yaradaraq münaqişənin miqyasını genişləndirməkdən başqa bir şey deyil.

Xatırladaq ki, Azərbaycan və Ermənistan arasında sentyabrın 27-də başlamış döyüşlər bu gün də davam edir. Azərbaycan ordusu anaq hərbi obyektlərə zərbə endirir, Ermənistan tərəfi isə mülki şəxsləri və yaşayış məntəqələrini hədəfə alıb.

Bənzər xəbərlər

Gündəm