XəbərSep 09

Bugünki aksiyada polis jurnalistə ciddi ziyan vurub - FOTOLAR

Bu gün Nizami Rayon Məhkəməsinin qarşısında bir qrup fəal Tofiq Yaqubluya azadlıq tələb edərək aksiya keçirib. Aksiya zamanı polislərdən biri jurnalist Fərid İsmayılovun fotoaparatını sındırıb.
 
Dominant.az-a bu barədə F.İsmayılov özü məlumat verib: "Aksiyada peşə fəaliyyətimi yerinə yetirməyimə fotolarda gördüyünüz bu şəxslər əngəl yaratdı. Azərbaycanda satışda olmayan fotoaparatım sıradan çıxdı. Satış qiyməti təkcə 899 ABŞ dollarıdır".
 
 
"Sabah Daxili İşlər Nazirliyi, Ombudsman Aparatı, RATİ, Mətbuat Şurasına müraciət edəcəm. Tələbim həmin bu polis əməkdaşlarının cəzalandırılması və maaşlarından fotoaparatımın birbaşa firmadan yenisinin alınmasıdır.
Bu formada işləyən polislər Azərbaycan xalqına və DİN-ə ləkədir, təxribatdır, biabırçılıqdır!", - deyə jurnalist vurğulayıb.
Bugünki aksiyada polis jurnalistə ciddi ziyan vurub -   FOTOLAR
Bugünki aksiyada polis jurnalistə ciddi ziyan vurub -   FOTOLAR
Bugünki aksiyada polis jurnalistə ciddi ziyan vurub -   FOTOLAR
 

Bənzər xəbərlər

Gündəm