Aug 24

Qətldən sonra başlayan “müharibə”: - Lotu Qulidən sonra...

"Lotu Quli" ləqəbli “qanuni oğru" Nadir Səlifovun Antalyada qətlə yetirilməsindən sonra sifarişçinin kim olması ilə bərabər, kriminal aləmdə boşalan "boss kreslo"sunu kimin tutacağı da müzakirə olunur.

Cebhe.info bildirir ki, Lotu Qulinin qətlinin icraçısı Xan Bakinski olsa da, sifarişçilərin başqaları olduğu deyilir. Hətta qətldən qısa müddət əvvəl otelin dəhlizində çəkilən və Lotu Qulinin sağ ikən son görüntüsü olan qısa videonun da məhz sifarişçilərə mesaj olduğu deyilir. Lotu Qulidən bir addım arxada gedən Xan Bakinski beləliklə, sifarişçiyə qətli törətməyə hazır olduğunun mesajını verib və hadisədən sonra ortaya çıxa biləcək bütün qatil versiyalarının qarşısını bəribaşdan almağa çalışıb.

Yəqin ki, Xan Bakinski bu barədə istintaq və məhkəmədə heç bir söz deməyəcək və ilkin ifadəsindəki "Onu əvvəldən sevməmişdim, ona görə öldürdüm" sözünün üstündə dayanacaq.

Hərçənd ki, bu, inandırıcı görünməsə də, əksini sübut etmək mümkün olacaqmı?

Çünki o da məlumdur ki, sabiq SSRİ məkanında kriminal aləmdə xüsusi nüfuzu olan bir şəxsi, “qanuni oğru”nu sadəcə sevməməyə görə öldürmürlər. Qətlin arxasında 2016-cı ildə İstanbulda öldürülən Rövşən Lənkərasnikinin qətlinə görə intiqam motivinin dayandığı ehtimallar arasındadır. Ancaq bu ehtimal da birinci və son deyil.

Aslan Usoyandan (Ded Xasan) sonra N1 olmağı arzulayan və buna cəhdlər edən, hazırda həbsdə olan Kürd Şakro (Zaxari Kalaşov) da Qulinin güclü düşmənləri sırasında idi və azərbaycanlı “oğru"nu yolunda maneə kimi görürdü.

Ondan başqa Suxumu klanının rəhbərləri Taro və Merab Canqveladze ilə Lotu Quli arasında fikir ayrılığı daim özünü göstərib və ikincinin qətlindən sonra meydanın məhz onlara qalacağı deyilir.

Lotu Qulinin böyük təsir dairəsinin olduğu Rusiyanın Sverdlovsk vilayətində isə artıq "oğru hakimiyyəti"ndə dəyişikliyə hazırlaşırlar. Rövşən Lənkəranskinin ölümündən sonra Lotu Quli tərəfinə keçənlər indi yeni "boss"u gözləyir. Regionda Lotu Qulinin yerinə iddialı 4 nəfər var. Ded Xasanın 47 yaşlı qohumu Gerigi Akoyev (Giya Sverdlovski), hazırda Ukraynada yaşayan 65 yaşlı Avtandil Kobeşavidze (Avto), 39 yaşlı Əhməd Donvayev (Əhməd Şalinski). İndi Rusiya kriminal bazarında böyük çəkiyə malik olan və zaman-zaman “müharibə meydanı”na çevrilən Sverdlovskidə nəzarəti bu 3 nəfərdən hansının ələ alacağı sual doğurur. Amma təkcə Sverdlovskidə yox, bütün Rusiya və sabiq SSRİ məkanında Lotu Qulinin boşalan yerini kimin dolduracağı maraqla gözlənilir.

Bənzər xəbərlər

Gündəm

0.020144939422607