Jul 18

Ağdaşda yol polisi qanunsuz təqib etdiyi vətəndaşdan üzr istəyib?-VİDEO

Bir neçə gün əvvəl Ağday yol polisi ilə bağlı məqalə dəsr etmişdik.(https://azerinfo.tv/sosial/16555-yol-polisi-teqib-etdiyi-shexsle-mubahise-etdi-vdeo.html)
Azerinfo.tv-yə verilən məlumatda bildirilirdi ki, Ağdaşda “99-YP-199” Dövlət nömrə nişanlı Yol Patrul Xidməti maşını vətəndaş İlkin Allahverdiyevin idarə etdiyi avtomoibili düz yaşadığı evin darvazasına kimi qovub.
Halbuki "Polis haqqında" qanunun 20-ci maddəsinə görə, iki halda yol polisləri maşını təqib edə bilər. Yol polisi o zaman sürücünü təqib edə bilər ki, sürücünün özü və ya maşında olan hər hansı bir sərnişin cinayət törəmiş olsun. Polisin sürücü və ya sürücünün yanında əyləşən sərnişinin cinayət törətməyə getdiyi haqda dəqiq məlumatı olarsa, bu zaman da avtomobili təqib edə bilər.
Ağdaşda isə polisləır vətəndaşı evinə kimi qovub sonra çıxıb getmişdilər. Yazmışdıq ki, sürücü həqiqətən içkili olubsa, tabe olmurdusa onu post-patrul çağırıb məcburi tibbi yoxlanışa aparmaq lazım idi. Yox əgər polis bu formada avtomobili çöndərib,çıxıb gedirsə demək elə şikayətçi haqlıdır.
Məqalə dərc ediləndən sonra Ağdam Yol Polisi rəhbərliyi vətəndaşın evinə gedərək onların şikayətini dinləyib. Aldığımız məlumata görə üzr istənilib.
Bütün bunlar təqdirə layiqdir. Lakin qanun pozuntusu edən 3 polis barəsində hansı inzibati tədbirlər görülüb? Bu haqda məlumat verilmir.
Məsələyə aydınlıq gətirəcəyik. Qarşı tərəf mövqe bildirə bilər.


Bənzər xəbərlər

Gündəm

0.018086910247803