Jul 18

"Sadəcə adı orada gedirdi və özü isə evində olurdu" - Paşinyanın oğlu necə hərbi xidmət keçib?

“İyulun 12-si günorta saatlarından başlayaraq düşmən tərəfi həmişəkindən fərqli olaraq əvvəl Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz sahəsi istiqamətində yerləşən bölmələrimizi atəşə tutmağa başladı. Mövqelərlə yanaşı, sərhəddə yerləşən kəndlərin də atəşə tutulması prosesi baş verdi”.

Bu fikirləri Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.

Onun sözlərinə görə, Tovuz istiqaməti Azərbaycan Ordusunun daimi nəzarətində olan və daim gündəmdə olan cəbhədə baş verən atəşkəs rejiminin pozulması prosesində tam nəzərdə saxlanılan Dağlıq Qarabağ və işğal olunmuş ərazilərdən xeyli uzaq ərazidədir: “Düşmənin bu istiqamətdə aktivləşməsinin bir neçə faktoru var. Amma əsas məqamlardan biri Ermənistanda hakimiyyətdə olan klanın rəhbərliyinin dayaqlarının sarsılmasıdır. Xatırlayırsınızsa, Nikol Paşinyanın oğlunun Dağlıq Qarabağa, işğal olunmuş ərazilərimizə xidmətə göndərilməsi məsələsi vardı. Ancaq onun həmin ərazidə xidmət etməsi sual altındadır. Sadəcə adı orada gedirdi və özü isə evində olurdu. Yerevanadan çölə çıxmırdı. Ancaq Paşinyanın oğlu hərbi xidmətdən qayıtdıqdan qısa müddət sonra bu istiqamətdə hadisələr baş verdi. Başqa bir məqam isə Erməsnitanın bu istiqamətdə yerləşən silahlı bölmələrində hərc-mərclik, nizam-intizamsızlıq vardı”.

V.Dərgahlı bildirib ki, Azərbaycan Ordusunun komandanlığı tərəfindən hər bir hala qarşı müəyyən olunan döyüş hazırlığı üzrə planlar var: “Təxribat baş verən istiqamətdə olan bölmələrimiz düşmənin fəaliyyətinin qarşısını almağa dərhal hazır idilər və bunu yerinə yetirdilər”.

Bənzər xəbərlər

Gündəm

0.026122808456421