Jun 10

Xırdalanda dələduz maklerlər peyda olub

Xırdalanda dələduzluqla məşğul olan mütəşəkkil dəstə peyda olub.
Bu haqda Azerinfo.tv-yə Həsənov Vüsal Rafiq oğlu xəbər verib.
O bildirib ki, O bildirib ki, mayın 6-sı, Xırdalanda, köhnə "Fresko", indiki "Grandmart" marketin arxasında, bir otağli həyət evi kirayə götürüb:

" Axşam saat 22:00-23:00 radələrində evin sahibəsi Şahnaz xanımla həmin evdə görüşərək 1 aylıq ev kirayə pulun,180 AZN və şəxsiyyət vəsiqəsini ona verdim. Vəsiqəni kserokopiya edib,sabah qaytaracağıni dedi. Şahnaz xanımın yanında iki gənc oğlan da var idi. Şahnaz xanım, kim soruşarsa,evi maklerden götürdüyümü, onunla danışmadığımi ve ailəli olduğunu deyərsən tapşırığın verdi-"Narahat olma, problem yaranmayacaq,qohumlardan kimsə soruşa bilər" dedi. Şahnaz xanım evde ekranı sınmış televizoru iki oğlanla bərabər götürüb getdi. Sabahı gün, səhər saat 9-10 radələrində tanımadığım bir şəxs qapını döydü.Kim olduğumu soruşdu. Ailəliyəm,evi kirayə götürmüşəm, xahiş edirəm məni narahat etməyin dedim.Buna baxmayaraq həmin Ceyhun adlı şəxs evə girərək,məni evdən qovmağa cəhd elədi.Evin sahibi mənəm, evdən çıxmalisan dedi.Mən də evi kimdən götürmüşəmsə, açarı həmin adama verəcəyimi ve sonra çıxacağımi dedim. Qapını açarla bağlayıb, işimə getdim. Şahnaz xanımla da əlaqə saxlamağa çalışsam da,cavab vermirdi.Gunorta saatlarında, Şahnaz xanım,mənə nalayiq söyüşlərle səsli mesaj göndərdi.

Evdə səs- küy saldığımı, evə qızları və oglan dostlarımı gətirdiyimi, qonşuların şikayət etdiyini dedi.Evin açarını dəyişmişəm, artıq evə qayıtma söylədi.
Evdə mənə aid olan çanta, içərsində paltarım, çantanın cibində 800 azn pul, Nokia markali telefonum qaldı. Bunları etmədiyime görə, bildim ki, mənə oyun qurub,pulumun arxasina keçmək istəyirlər.

102 xidmətinə məlumat verdim, Abşeron polisinden məni çağırdılar, polisə gedərək, şikayət ərizəsi yazdım.Həmin Ceyhun adlı şəxs şikayət etdiyimi bildikdən sonra mənə zəng edərək, hədə- qorxu gəldi. Ondan şikayət etməyim deyə.İş Abşeron rayon polisinde təhqiqatçı Babək Hacıyevə verildi.Babək Hacıyev dedi ki,bir həftəyə bu dələduzlardan pulu və sənə aid olan əşyalarını alıb qaytaracam. Lakin sonradan Babək Hacıyevdən səs çıxmadı, telefonlarımı da götürmədi.İndi isə deyirlər ki, dələduzları mülki qaydada məhkəməyə ver.
Məgər mən əmlakımı borc vermişəm? Əmlakım oğurlanıb. Bu cinayət işidir."

Doğrudan da ,bunu edənlər dəstə halında isə nə məhkəmə?
Azerinfo.tv olaraq məsələyə qayıdacağıq.

Bənzər xəbərlər

Gündəm

0.078464984893799