Jun 01

Azərbaycanda şok: Onlarla banka məxsus avtomobillər ölkədən çıxarıldı, yüz minlərlə ziyan var

Azərbaycanda dələduzluqda, qaçaqmalçılıqda və digər cinayətlərdə ittiham olunan 1984-cü il təvəllüdlü Ramil Mehdiyev və 1976-cı il təvəllüdlü Anar Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Demokrat.az-ın əldə etdiyi məlumata görə, Ramil Mehdiyev 2016-cı ilin əvvələrində Vaqifağa Hüseynov, Anar Əliyev, Elman Novruzov, Şəkər Namazova və digər şəxslərdən ibarət mütəşəkkil dəstə yaradıb.


Qabaqcadan hazırlanmış plana uyğun olaraq cinayətin törədilməsi üsulunun müəyyən edilib, dəstə üzvlərinin hərəkətlərini yəni, bankda girovda olan avtomobillərin tapılması, satıcılarla münasibətə girilməsindən, sənədlərin saxta yolla hazırlanmasından, avtomobillərin respublikanın sərhəd keçid məntəqələrinədək idarə edilməsindən və gömrük məntəqələrindən keçirdərək təhvil verilməsinədək olan rolları razılaşdırıblar.


Belə ki, Əhməd Əhmədlinin mülkiyyətində olan və 17 mart 2015-ci ildə “TuranBank” Açıq Səhmdar Cəmiyyətinin 213/f-15 nömrəli ipoteka müqaviləsinə əsasən yüklü edilmiş, qiyməti 36000 manat təşkil edən “Jeep Grand Cherokee” markalı avtomobili faktiki sahibi Emil Salayevdən 02.04.2016-cı il tarixli AR-IN-327804 nömrəli etibarnamə əsasında Vaqifağa Hüseynov öz adına müqaviləyə əsasən banka ödənilməli olan kredit və digər borclarını ödəmək şərti ilə aldıqdan sonra həmin avtomobilin qaçaqmalçılıq yolu ilə ölkədən çıxarılması və avtomobilə saxta qeydiyyat şəhadətnaməsi hazırlanması məqsədilə digər şəxsə verib, həmin şəxs Elman Novruzovun verdiyi şəxsiyyət vəsiqəsinin surəti əsasında avtomobilə hüquq verən nəqliyyat vasitəsinin saxta qeydiyyat şəhadətnaməsini qanunsuz olaraq istintaqa məlum olmayan yolla Elman Novruzovun adına hazırladaraq avtomobili ələ keçiriblər.


Bundan sonra digər şəxs idarə etdiyi həmin avtomobillə Anar Əliyev, Elman Novruzov və Şəkər Namazova birlikdə Qazax rayonu ərazisində yerləşən “Şıxlı” sərhəd nəzarət məntəqəsinə gəlib, avtomobili Azərbaycan Respublikası gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsi üçün Elman Novruzov öz adına hazırlanmış saxta sənədlərdən bilə-bilə qanunsuz istifadə etməklə Gürcüstanda satıb pulu ələ keçirmək məqsədilə Azərbaycan Respublikasının gömrük sərhədindən sənədlərdən aldatma yolu ilə istifadə edərək avtomobili 3 aprel 2016-cı il tarixdə saat 23:00-da Tovuz Gömrük İdarəsinin Sınıq körpü gömrük postundan təkrar idxal etməmək niyyətilə Gürcüstan istiqamətinə Azərbaycan Respublikası gömrük sərhədindən külli miqdarda malı keçiriblər.


Daha sonra dəstə üzvləri Kamran Abdiyevin mülkiyyətində olan və 25 aprel 2011-ci ildə “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin 202 nömrəli ipoteka müqaviləsinə əsasən yüklü edilmiş qiyməti 68000 manat təşkil edən “Porsche Panamera” markalı avtomobili ondan müqaviləyə əsasən banka ödənilməli olan kredit və digər borclarını ödəmək şərti ilə aralarında olan şifahi razılaşmaya əsasən aldıqdan sonra istintaqa məlum olmayan yolla əldə etdikləri “VAZ-21063” markalı avtomobilə təhkim edilmiş AZ 10-NB-139 qeydiyyat nişanını “Porsche Panamera” markalı avtomobildə istifadə edərək qeydiyyat nişanlarını dəyişdiriblər.


Daha sonra həmin avtomobilin qaçaqmalçılıq yolu ilə ölkədən çıxarılması və avtomobilə saxta qeydiyyat şəhadətnaməsi hazırlanması məqsədilə digər şəxsə verib, həmin şəxs isə Salman Novruzovun verdiyi şəxsiyyət vəsiqəsinin surəti əsasında avtomobilə hüquq verən nəqliyyat vasitəsinin saxta qeydiyyat şəhadətnaməsini qanunsuz olaraq istintaqa məlum olmayan yolla onun dına hazırladaraq həmin avtomobili ələ keçiriblər.


Bundan sonra təkrarən Arslan Alievin idarə etdiyi həmin avtomobillə Anar Əliyev, Elman Novruzov, Şəkər Namazova və Salman Novruzov birlikdə Qazax rayonu ərazisində yerləşən “Şıxlı” sərhəd nəzarət məntəqəsinə gəliblər, avtomobili Azərbaycan Respublikası gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsi üçün Salman Novruzov öz adına hazırlanmış saxta sənədlərdən bilə-bilə qanunsuz istifadə etməklə Gürcüstanda satıblar.


Daha sonra dəstə üzvləri Ramazan Cəfərovun mülkiyyətində olan və 28 oktyabr 2014-cü ildə “Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinin ipoteka müqaviləsinə əsasən yüklü edilmiş qiyməti 85000 manat təşkil edən “Porsche Cayenne” markalı avtomobili, Fuad Şəkərovun mülkiyyətində olan və 28 oktyabr 2014-cü ildə “Rabitəbank” Açıq Səhmdar Cəmiyyətinin ipoteka müqaviləsinə əsasən yüklü edilmiş qiyməti 85000 manat təşkil edən “Porsche Panamera” markalı avtomobili, Nicat Kamilovun mülkiyyətində olan və 18 sentyabr 2013-cü ildə “Bank VTB Azərbaycan” Açıq Səhmdar Cəmiyyətinin ipoteka müqaviləsinə əsasən yüklü edilmiş qiyməti 21000 manat təşkil edən “Hyundaı i40” markalı avtomobili, Tural Allahverdiyevin mülkiyyətində olan və 25 noyabr 2013-cü ildə “AtaBank” Açıq Səhmdar Cəmiyyətinin ipoteka müqaviləsinə əsasən yüklü edilmiş qiyməti 19000 manat təşkil edən “Huyundaı Elentra” markalıa avtomobili, Ramil Hüseynov və Rəna Dadaşevanın müştərək mülkiyyətində olan və 29 may 2013-cü ildə “Bank VTB Azərbaycan” Açıq Səhmdar Cəmiyyətinin ipoteka müqaviləsinə əsasən yüklü edilmiş qiyməti 17000 manat təşkil edən “Kia Cerato” markalı avtomobili, Orxan  Əliyevin mülkiyyətində olan və 26 avqust 2013-cü ildə “AtaBank” Açıq Səhmdar Cəmiyyətinin ipoteka müqaviləsinə əsasən yüklü edilmiş qiyməti 28000 manat təşkil edən “Hyundaı Azera” markalı avtomobili, Gültən Ramazanovanın mülkiyyətində olan və 14 noyabr 2012-ci ildə “Bank VTB Azərbaycan” Açıq Səhmdar Cəmiyyətinin ipoteka müqaviləsinə əsasənyüklü edilmiş qiyməti 22000 manat təşkil edən “Kia Sorento” markalı avtomobili, Fuad Rzaxanovun mülkiyyətində olan və 12 iyul 2013-cü ildə “Bank VTB Azərbaycan” Açıq Səhmdar Cəmiyyətinin ipoteka müqaviləsinə əsasən yüklü edilmiş qiyməti 24000 manat təşkil edən “Kia Sportage” markalı avtomobili, Sabir Şəfiyevin mülkiyyətində olan və 14 noyabr 2013-cü ildə “Bank VTB Azərbaycan” Açıq Səhmdar Cəmiyyətinin ipoteka müqaviləsinə əsasən yüklü edilmiş qiyməti 24000 manat təşkil edən “Kia Sportage” markalı avtomobili, İlqar Həsənovun mülkiyyətində olan və 17 oktyabr 2013-cü ildə “Bank VTB Azərbaycan” Açıq Səhmdar Cəmiyyətinin ipoteka müqaviləsinə əsasən yüklü edilmiş qiyməti 22300 manat təşkil edən “Kia Sportage” markalı avtomobili, Mətanət Hüseynovanın mülkiyyətində olan və 29 avqust 2013-cü ildə “Bank VTB Azərbaycan” Açıq Səhmdar  cəmiyyətinin ipoteka müqaviləsinə əsasən yüklü edilmiş qiyməti 29500 manat təşkil edən “Chevrolet Captiva” markalı avtomobili ələ keçiriblər. Onlar həmin avtomobilləri Gürcüstana apararaq, orada satıblar.


Bundan başqa, mütəşəkkil dəstə üzvləri “Texnikabank”, “Rabitə Bank” və digər banklarda ipoteka olunmuş avtomobilləri ölkədən qanunsuz yollarla çıxarıblar, sataraq, həm banklara, həm də vətəndaşlara külli miqdarda ziyan vurublar.


Mütəşəkkil dəstənin üzvləri barəsində Cinayət Məcəlləsinin 178.3.1-ci (mütəşəkkil dəstə tərəfindən dələduzluq törətmək), 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək), 206.4-cü (qaçaqmalçılıq mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 320.1-ci (hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) maddələri ilə ittiham elan olunub.


Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ramil Mehdiyev 8 il 6 ay, Anar Əliyev 5 il 8 ay 28 gün müddətinə azadlıqdan məhrum ediliblər. Dəstənin digər üzvləri isə şərti cəza alıblar.


Hökmdən narazı qalan Ramil Mehdiyev və Anar Əliyev apelyasiya şikayəti veriblər. Onlar barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.


Hər iki təqsirləndirilən şəxsin şikayəti araşdırılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Əlizamin Abdullayevin sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxslərin barələrində bəraət hökmünün çıxarılması barədə şikayətləri təmin edilməyib.


Amma birinci instansiya məhkəməsinin hökmü Anar Əliyevə aid hissədə dəyişdirilib. Anar Əliyevin barəsində olan cəzalar toplanaraq oa qəti olaraq 5 il, 8 ay 23 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunub.

Bənzər xəbərlər

Gündəm

0.024160861968994