GündəmApr 16

“Sinifdə qalan” məmurlar yola salınacaq - Açıqlama

 “Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş videokonfrans şəklində müşavirə ölkə tarixində və təcrübəsində formasına görə yeni olsa da, məzmunca da çox effektiv oldu”. Bunu  2020-ci ilin sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirə ilə bağlı bizimyol.info portalına açıqlamasında biznes sahəsində ekspert, sahibkar Xəyal Məmmədxanlı deyib.

 

 

Xəyal Məmmədxanlı Xəyal Məmmədxanlı

 

O bldirib ki, video konfranslar və müşavirələr artıq dünyanın gerçəkliyidir: “Əslində özəl sektor bu metoddan çoxdan faydalanır, hətta pandemiyadan da öncə. Amma rəsmi müşavirələr və rəsmi konfranslar üçün bu bir yenilikdir. Bütün dünyada aktiv olaraq istifadə olunmaqdadır. Düşünürəm ki, olduqca effektivdir”.

Ekspert  koronavirus pandemiyasının fəsadları və neft qiymətlərinin düşməsi nəticəsində yaranmış ağır vəziyyəti şərh edərək bildirib ki, Prezident bununla bağlı islahatların daha da dərinləşdirilməsi xəttini elan edib: “Son zamanlar islahatlar hər zaman diqqət mərkəzindədir. Lakin pandemiyadan sonra atılacaq addımların zəruriliyi xüsusilə vurğulanmalıdır. Təbii ki, pandemiya bütün iqtisadi sektorlara ciddi ziyan vurmaqdadır. Bir az daha sürərsə, ölkə iqtisadiyyatını bütün dünyada olduğu kimi, ən azı 5 il geriyə atmış olacaq. Pandemiyadan sonra özəl sektor, o cümlədən, kiçik və orta biznes (KOB)  diqqət mərkəzində qalmalıdır, onların əvvəlki inkişaf tempini bərpa etməsi üçün bir sıra addımlar atılmalı, o cümlədən, fiskal, vergi, gömrük, maliyyələşmə sahəsində ciddi təşviq olunmalıdır”.

Prezidentin makroiqtisadi sabitliyin qorunub saxlanmasının ən əsas vəzifələrdən biri kimi ortaya qoymasına,  eləcə də əhalinin sosial müdafiəsinə yönəlmiş qərarların icrasının vacibliyini vurğulamasına diqqət çəkən ekspert həm iqtisadiyyatın, həm də əhalinin zərərinin azaldırlması, qorunması kimi vəzifələrin eyni vaxtda necə icra olunacağı haqqında suala cavabında deyib: “Biz sosialyönümlü ölkəyik və dövlətin təməlində də insan və vətəndaş dayanır. Ona görə də sosial islahatlar heç nəyə baxmadan davam etdirilməlidir. Yalnız, rifah səviyyəsi və əhvalı yüksək olan insan dövlət üçün faydalı ola bilər. Bu gün dövlət vətəndaşına dəstək olmalıdır ki, pandemiyadan sonra da vətəndaş dövlətinə dəstək olsun”.

Prezidentin siyasi islahatlarla bağlı verdiyi mesajları ekspert Xəyal Məmmədxanlı belə şərh etdi: “ Əslində siyasi islahatların dayandığını düşünmürəm. Sadəcə, pandemiya səbəbindən daha prioritet mövzular gündəmə gəldiyi üçün müvəqqəti fasilə yaranmışdı. Lakin pandemiyadan sonra siyasi islahatların, o cümlədən, kadr islahatlarının sürətlənəcəyini proqnozlaşdırıram. İcra hakimiyyəti strukturlarındakı islahatlar davam edəcək, bununla yanaşı pandemiya dövründə böhran idarəetməsi sahəsində “sinifdə qalan” bir sıra məmurlar kresloları ilə sağollaşmalı olacaqlar. Pandemiyadan sonrakı dövr yeni texnologiyalar və daha həssas iqtisadiyyat dönəmi olacağına görə hakimiyyətdə bu şərtlərə cavab verə biləcək yeni kadrlara ehtiyac yaranacaqdır”.

Bənzər xəbərlər

Gündəm