GündəmApr 08

İş yerləri bağlandı, qazanc qalmadı: Rusiyadan göndərilən pullar kəskin azalıb - HESABAT

Koronavirus pandemiyası ilə əlaqədar Rusiyadan xarici ölkələrə pul köçürmələrinin həcmi kəskin azalıb.

Cebhe.info xəbər verir ki, mart ayında azalma kifayət qədər diqqətçəkəndir.

Təkcə "Zolotaya korona" şirkəti mart ayında pul köçürmələrinin həcminin 30 faiz azaldığını bildirib. Aprel ayında isə azalmanın daha çox-50 faiz olacağı gözlənilir.

"Yunistrim" köçürmə sistemində azalma 35 faiz olub.

Azalmanın səbəbi koronavirusla əlaqədar iş yerlərinin bağlanması, məhdudlaşdırıcı tədbirlərdir.

2019-cu ilin rəqəmlərinə görə, Rusiyadan MDB ölkələrinə ümumilikdə 6094 milyard dollar göndərilib. Pul köçürmələrində liderliyi Özbəkistan edir. Bu ölkəyə ümumilikdə 3057 milyard dollar göndərilib. Tacikistan 669 milyon dollarla ikinci, Qırğızıstan 612,2 milyon dollarla üçüncü, Qazaxıstan 183,8 milyon dollarla dördüncü yerdədir.

Ötən ilin 9 ayı ərzində Rusiyada yaşayan əmək miqrantları hər ay öz ölkələrinə köçürmə sistemi vasitəsilə, təxminən, orta hesabla 442 dollar göndəriblər.

“Finexpertiza” şirkətinin apardığı araşdırma nəticəsində məlum olub ki, əmək miqrantları arasında “Western Union”, “Zolotaya Korona”, “Unistream”, Rusiya Poçtu ən populyar köçürmə sistemləridir.

Rusiyada yaşayan əmək miqrantları öz ölkələrinə orta hesabla 422 dollar göndərib. MDB ölkələrindən gələn əmək miqrantlarının göndərdiyi pul 377 dollar olub.

Məlumata görə, MDB ölkələri arasında ən çox vəsait göndərən qazaxıstanlı (850 dollar), gürcüstanlı (580 dollar), qırğızıstanlı (561 dollar) və azərbaycanlı (482 dollar) əmək miqrantlarıdır.

Bənzər xəbərlər

Gündəm