Feb 15

Pensiya sistemində yeniliklər olacaq - VİDEO

Hərbi qulluqçulara da pensiya avtomatik şəkildə təyin olunacaq.
 
Mozalan.az xəbər verir ki, bu yenilik "Pensiya sisteminin yeni inkişaf konsepsiyası"na uyğun olaraq tətbiq ediləcək.
 
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müşaviri Mustafa Abbasbəylinin sözlərinə görə, sosial sığorta prinsipi vətəndaşın ödədiyi sosial sığorta haqları müqabilində onun pensiyasının geri qaytarılmasıdır: "Bizdə isə hazırda bu prinsipdən bəzi kənarlaşmalar var. Konsepsiyanın məqsədi də pensiya qanunvericiliyinin tam islahatını həyata keçirmək və sosial sığorta prinsipinin tam gücləndirilməsinə nail olmaqdır".
 
Hazırda yaşa və əlilliyə görə pensiya elektron qaydada təyin olunur. Lakin hərbi qulluqçular, dövlət qulluqçuları və hüquq-mühafizə orqanlarının əməkdaşlarının pensiyaları elektron qaydada təyin edilə bilmir. İslahat nəticəsində bəzi pensiya növlərinin də elektronlaşması mümkün olacaq.Konsepsiyaya əsasən, ailə başçısını itirməyə görə pensiya da avtomatik qaydada təyin olunacaq.(xezerxeber)
 

Bənzər xəbərlər

Gündəm

0.060947895050049