Dec 28

Müxalifətin YAP-çı rəqibləri: Kim hansı dairədə kiminlə yarışacaq? - SİYAHI

9 fevral 2020-ci ilə təyin olunan növbədənkənar parlament seçkiləri ərəfəsində hər kəs hakim Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin siyahısını maraqla gözləyirdi.

Nəhayət ki, YAP dünən siyahını açıqladı.

Maraqlıdır, növbədənkənar seçkiyə gedən müxalifət təmsilçiləri hakim komandanın hansı üzvü ilə üz-üzə gələcək?

Cebhe.info xəbər verir ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Razi Nurullayev 79 saylı İmişli Seçki Dairəsindən YAP-ın namizədi Nazim Əzimovla yarışacaq.

Müsavat başqanı Arif Hacılı və Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu - 15 saylı Yasamal I Seçki Dairəsində YAP-ın namizədi Rauf Nağıyevlə üz-üzə gələcək.

Müsavatın sabiq başqanı İsa Qəmbər isə 19 saylı Nərimanov 1-ci Seçki Dairəsində YAP-dan Hikmət Məmmədovla yarışacaq.

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı YAP-ın namizədi Gültəkin Sadıqova ilə 61 saylı Neftçala Seçki Dairəsində rəqib olacaq.

Ümid Partiyasının sədri İqbal Ağazadə və “Yeni Müsavat” Media Qrupunun sahibi Rauf Arifoğlu 35 saylı Xətai Seçki Dairəsində rəqibdir. YAP isə onlara qarşı Turan Əliyevi çıxaracaq.

ReAL Partiyasının sədri müavini Erkin Qədirli isə 16 saylı Yasamal Seçki Dairəsində YAP-ın namizədi İlham Səfərovla yarışacaq.

ReAL Partiyasının katibi, iqtisadçı Natiq Cəfərlinin 12 saylı Qaradağ-Binəqədi-Yasamal Seçki Dairəsindən YAP-çı rəqibi Səbinə Xasıyeva olacaq.

AĞ Partiyanın sədri Tural Abbaslı 21 saylı Nəsimi Birinci Seçki Dairəsində YAP-ın namizədi Məlahət İbrahimqızı ilə mübarizə aparacaq.

YAP 26 saylı Sabunçu Seçki Dairəsindən Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafanın qarşısına Afaq Hacıyeva ilə çıxacaq.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev 36 saylı Xətai Dördüncü Seçki Dairəsində YAP-çı Kənar Rzayevla mübarizə aparacaq.

Bənzər xəbərlər

Gündəm

0.026405096054077