Dec 20

Oğuzda ŞOK ÖZBAŞINALIQ - Sərhəd zastavasının ərazisi SATILIB

Oğuz rayonunun Filfilli kənd sakinləri Prezidentdən təcili kömək istəyir…Onlar deyir ki,keçmişi qaranlıq Bələdiyyə sədri bizi təhdid edir!

Oğuz rayonunun Filfilli kənd sakinləri Bələdiyyə sədrinin əlindən “dad”deyirlər.

”Kanal32”İnformasiya Agentliyinə və azbelediyye.az saytına müraciət edən bir qrup sakin iddia edir ki,onlar uzun illərdir vaxtı ilə kolxoz sədri,hazırda isə Bələdiyyə sədri işləyən Akif Nəsirovun az qala “əsir”inə çevriliblər.Səbəb isə sadə olduğu qədər də mürəkkəbdir.Çünki kimin haqlı,kimin haqsız olduğunu biz yox,müvafiq dövlət qurumları və oxucular müəyyən edə bilər.Oxucuların bunu müəyyən etməsində elə bir çətinlik olmasa da,dövlət və hökumət orqanları nədənsə uzun müddətdir ki,mövcud olan problemin yaranmasında səbəbkar olan haqsızı tapa bilmir.

Bəs problem nədir? Filfilli kənd sakinlərinin Bələdiyyə sədri Akif Nəsirovdan şikayətlərinin və narazılıqlarının kökündə nə dayanır?

Sərhəd zastavasının yaxınlığında Bələdiyyənin satdığı ərazi

Zastava ərazisinin qanunsuz satılması ilə bağlı 19 oktyabr 2019-cu ildə tərtib olunmuş akt diqqət çəkməyə bilməz.Ədliyyə polkovnik-leytenantı Adil Orucovun,polkovnik-leytenant Murad Məmmədquliyevin,polkovnik-leytenant Adil Yusubovun,Oğuz Rayon İcra Hakimiyyətinin Filfilli İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin müavini Osman Dadaşovun və Filfilli Bələdiyyəsinin üzvü İlkin Ağayevin iştirakı ilə tərtib edilmiş aktda göstərilir ki,sərhəd zastavasının şimal hissəsində–Dövlət sərhəd xətti istiqamətində kənd sakinlərinin ümumi istifadəsində olan örüş-otlaq sahəsinin bələdiyyə sədri tərəfindən satıldığı 32 nəfər kənd sakini tərəfindən bildirlib.

Filfilli sakinləri deyir ki,vaxtı ilə onların istifadəsində olan alma bağları da satılıb və göründüyü kimi daş hasara alınıb.

Filfilli kənd sakini,təqaüddə olan müəllim Krım Süleymanov deyir ki,Bələdiyyə sədri Akif Nəsirovun qanunsuz əməllərindən təngə gəlib.Üz tutmdığı,yazılı müraciət etmədiyi yer qalmayıb.Yuxarılara etdiyi müraciətlər “baxılması üçün” yerli icra oqranlarına göndərilir və oradaca “daş-baş” olunur.

Ərazidə çəkilş aparan zaman şikayətçilər bildirdilər ki,onların kəndində Rusiya Federasiyası ilə sərhəd ərazidə zastava yerləşir.Hətta,bələdiyyə sədri zastava ərazisinin bir hissəsini və sərhəd xətti boyunca olan otlaq sahələrini də satıb.Bir sözlə,Filfilli kənd sakinləri iddia edir ki,kəndlərində yaşanan qanunsuzluqlardan cana doyublar və ölkə başçısı İlham Əliyevdən kömək istəyirlər.

Bir qrup sakinin videomüraciətini təqdim edirik:



Saytımıza açqlama verən Filfilli kənd Bələdiyyəsinin sədri Akif Nəsirov sakinlərin səsləndirdiyi iddiaları əsassız hesab edir.Atdığı addımların qanunauyğun olduğunu deyir.Onun sözlərinə görə,şikayət edənlərin özləri bir hektara yaxın torpağı zəbt ediblər.Krım Süleymnaovun torpaq iddiası ilə bağlı işi məhkəmədə olub və noyabrın 14-də zəbt edilmiş torpaqdan çıxması haqqında qətnamə çıxarılıb.

Bələdiyyə sədri Akif Nəsirov deyir ki,onların hay-küyü yersizdir.Onların çəkiliş zamanı göstərdikləri torpaq sahələri dövlətin qərarı əsasında islahat dövründə ayrılmış torpaq sahələrinə aiddir.İddia edilən torpaqların 5 hektarı Perspektiv inkişaf fonduna ayrılıb. Mən son beş ildə cəmi 4 kəndaltı torpaqdan həyətyanı sahə vermişəm.14 nəfər acınacaqlı vəziyyətdə olan ailə isə həyətyanı torpaq almaq üçün ərizə ilə mənə müraciət ediblər.Biz ərazidə planlaşma aparırıq və proses başa çatmayıb.Şikayətçilərin iddia etdikləri örüş sahələrinin təyinatı Nazirlər Kabinetinin qərarı ilə dəyişdirilib.Bu barədə bütün müvafiq qurumların xəbəri var və sənədləşmə aparılıb.Təyinatı dəyişdirilən 5 hektar torpaq sahəsi yalnız həyətyanı sahələr üçün nəzərdə tutulub.Bu torpaqlardan cəmi 32 sotu ictimai iaşə məqsədi ilə istifadə edilə bilər.

Şikayətçilərin sözlərinə görə,Bələdiyyə sədri qanunsuz olaraq Rusiya vətəndaşı olan qızının adına torpaq sənədləşdirib.Bu adam əvəllər iki dəfə cinayət məsuliyətinə cəlb edilib və Gəncə İstintaq Təcridxanasında yataıb.Necə olur ki,belə adam yerli qurumlar tərəfindən himayə olunur.

Rusiya vətəndaşı olan qızının adına torpaq sahəsi olması iddialarına münasibət bildirən Bələdiyyə sədri Akif Nəsirov deyib ki,bəli,qızının adına torpaq sahəsi var və burada qanunsuz heç nə yoxdur.Mənim qızım 2009-cu ildən Rusiya vətəndaşıdır,o cümlədən Azərbaycan vətəndaşlığını da saxlayır.Yəni onun şəxsiyyət vəsiqəsi var.

Bu zaman sual yaranır.Azərbaycan qanunvericiliyi ikili vətəndaşlığa icazə verirmi?Bax bu suala hüquq-mühafizə orqanları cavab verməli və məsələni araşdırmalıdır.Əgər hüquqpozma varsa,bələdiyyə sədri məsluiyyətə cəlb olunmalıdır.

Maraqlıdır,görəsən indiyə kimi Oğuz rayon İcra Hakimiyyəti niyə niyə susub və niyə seyrçi mövqedədir?…

Mövzunu davam etdirəcəyik…

Bənzər xəbərlər

Gündəm

0.081163883209229