Nov 19

“Qayınata hakim, qaynı hakim, baldızı PA-da…mən bu adamlarla necə bacarım…”

“Ən sərt rejim olan sovet məhkəməsində xalq nümayəndəsi vardı və proseslərdə iştirak edirdi. Andlılar məhkəməsinin olması həm də vəkillik institutunun inkişafını ortaya çıxarır, bəzi neqativ halların qarşısını alır. Elə hakimlər var ki, öz şəxsi marağına görə ədalətsiz hökmlər çıxarır. Məncə, andlılar məhkəməsi bunun da qarşısını alır".
Bunu vaxtilə deputat Siyavuş Novruzov demişdi. Hakim partiyanın ən nüfuzlu nümayəndələrindəın biri. O da bilir ki, Azərbaycanda andlılar məhkəməsi olmayanacan hakimlər ədalətsiz qərar çıxarmaqda davam edəcəklər.
Avropa dövlətlərinin əksəriyyəti andlılar institutundan istifadə edir. Konstitusiyaya görə, vətəndaşın dövlət idarəçiliyində iştirak etmək hüququ var. İndi bu hüquq onun əlindən alınıB.
Deputat Qüdrət Həsənquliyevin sözlərinə görə, andlı iclasçılar "daha doğru" qərar qəbul edə bilir.
"..onlar hakimiyyətdən daha az asılıdırlar və karyera haqda düşünmürlər.”
Əks halda neqativ hallar davam edəcək. Məhkəmə sistemi də korrupsiya yuvasına çevrilib. Bəzən müxtəlif məhkəmə orqanlarında bir nəslin 10 nümayəndəsi təmsil olunur. Belə qohumu-arxası olan hakimlər qanunun öz mənafelərinə uyğun tövsif edirlər.
Bakı Şəhəri, Səbail rayonu, Badamdar qəs.2-ci Bağlar küçəsi ev Ö/ T 23 ünvanda qeydiyyatda olan Əliyev Eldar İsmayıl oğlunun şikayəti məhz belə qəbildəndir. Saytımız vasitəsilə Prezident İlham Əliyevə müraciət edən biznesmen başına gələnləri yazıb.
Həmin müraciəti olduğu kimi dərc edirik:



“Hörmətli cənab Prezident!!!! Yazıb bildirirəm ki, mənim Sumayıt Apelyasiyasının hakimi Səyyad Qafaridən yazdığım Şikayət ərizələrimə baxmırlar. Bu yaxında Sizin : “Görsəniz ki,rəhbər şəxslər əyri yolla gedirlər, mütləq xəbər verin” müraciətinizə cavab olaraq Sizə müraciət edirəm.
Hörmətli Prezident.!!! Mənim şikayətim “Turpun nağılına” bənzəyir. Diqqət verin: Səyyad Qafari Ağaəli oğlu Sumqayıt Apelyasiya Məhkəməsinin hakimidir. Qayınatası əməkdar hüquqşünas Bağır Həbib oğlu Əsədov , qaynı Kamran Bağır oğlu Əsədov -Qaradağ məhkəməsində hakim , baldızı Sürəyyə Əsədova –PA- da humanitar şöbədə işləyir , Gəlinləri Vəsilə Əsədova Ali Məhkəmədə işləyir . Arvadı Aybəniz Bağır qızı Əsədova Apelyasiya Məhkəməsində məsləhətçi kimi çalışır.Qardaşı Fariz Ağaəli oğlu- vaxtilə cinayət məsuliyyətinə cəlb edilmişdir. 2007-ci ildə CM-nin 318.1. maddəsi ilə,2011-ci il 22 iyunda Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə CM-nin 180.2.1-ci maddəsi ilə 6 il azadlıqdan məhrumetmə cəzası təyin edilib. Bakı Apelyasiya Məhkəməsi 02 sentyabr ,2011- ci ildə həmin cəzanı 4 il 6 aya endirmişdir.
Axı o Səyyadın qardaşıdır.
Baxın Cənab Prezident!!!! Bu “Turpun nağılına” bənzəmirmi? Nənə babadan, baba nənədən, siçan da turpdan yapışır və s. Mənim bu tayfaya güçüm çatarmı? Bu gün Sizin düz yolla getməyi tövsiyyə etdiyiniz hakimlər Səyyadın sehirli çubuğu ilə idarə olunur.Mən öz haqqımı məhkəmələrdən ala bilmirəm.Bu nə haqsızlıqdır? Nə özbaşınalıqdır? Mən məhkəmə hakimlərinin Səyyadın tayfasının oyuncağına çevrildiyini görəndə dəli olmaq dərəcəsinə çatmışam. Bu qədər pul, bu qədər maliyyə Səyyadda hardandır? Vaxtilə canını bir şiddətli töhmətlə qurtaran bu hakimə dur deyən tapılmır. Sumqayıt Apelyasiyasında çıxartdığı qanunsuz qərarları, Nəsimi Məhkəməsində işləyərkən qanunsuz əməllrini oğul istəyirəm qarşısına qoyub araşdırsın. Bu gün heç kəsdən çəkinməyən bu hakim çiynində geydiyi hakim xalatını , “İo Kio”-nun nun “sehirli xalatı” ilə dəyişik salıb. O keyfi istədiyi qərarları verərək gah keçmişə ,gah da gələcəyə uçub xalqı dövlətdən narazı salmaqla kimlərə xidmət edir görəsən?
Hakimin bizneslə məşğul olmağa səlahiyyəti varmı? Dünən vəkil şinelindən çıxan Səyyad bu gün böyük biznesmenə - hakimə çevrilib. Bu qədər pulu haradan eldə edib? Yoldaşı ilə saxta yolla boşanan bu şəxsin çıxartdığı haqsız qərarları araşdırsanız ,orada nə qədər göz yaşı, ah- nalənin şahidi olacaqsınız. Yazdığımız yer qalmayıb, cənab Prezident!!! Ədliyyə Nazirliyi, Məhkəmə Hüquq Şurası, bunları müdafiə edir.Təkcə bu yaxında Yasamal rayon məhkəməsinin hakimlərinin apardığı məhkəmə prosesinə diqqət yetirsələr mənim sözlərimin doğruluğunu şahidi olacaqlar. Səyyadın arxasında duranlar yuxarıdakılardır. Mənim isə arxam yoxdur.Bu gün hakimlər onun oyuncağına çevrilərək qanunlarımıza tübürüb üzümüzə üfürürlər. Əyri dediyiniz yol onlar üçün düppədüz yoldur. Çox rahat, maneəsiz, lap sürüşkən yoldur.Sürüşürlər özləri üçün .Bizləri isə qanun adı ilə uçuruma yuvarladırlar.
Hörmətli Prezident! Mən Özüm Xərçəng xəstəsiyəm.İllərlə zəhmət çəkib işlədiyim obyeki Səyyad qardaşının adı ilə əlimdən almaq istəyir.Bu işdə ona yuxarıdakılar kömək durur. Sizin müraciətinizdn ruhlanaraq, Sizə əyri yolnan gedən hakimi , Səyyad Qafarini təqdim etdim. Bütün Nazirliklərin himayəsində olan bu hakimin Əyri yolda olmağını kimsə çəsarət edib deyə bilərmi?

İmza: Eldar Əliyev”

obyektivaz.info

Bənzər xəbərlər

Gündəm

0.030394077301025