Nov 16

Xanımcan Əzizovadan şikayətlər səngimir:aldatdığı qadın insult olub-PREZİDENTƏ ŞİKAYƏT

 

  Yasamal r-nu M,Muxtarov Küçəsi , Dalan 4 ,ev 3 –də yaşayan Hüseynov Rasim Asim oğlu "Obyektivaz.info" -ya məktub yazaraqsaytımız vasitəsilə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyeva 1 –ci Vitse Prezident Mehriban xanım Əliyevaya, Səbail Rayon Prokurorluğuna müraciət ünvanlayıb.

Həmin müraciəti olduğu kimi dərc edirik:

 

 

"Hörmətli Prezident!!! Hörmətli Prokuror!!!! Hörmətli Redaksiya!!!

 

Yazıb Sizə bildirirəm ki,anam Manafova Aidə Həsən qızı,Respublika Səhiyyə Həmkarlar İttifaqının sədr müavini vəzifəsində çalışmışdı.İlham Əliyev tərəfindən tərəqqi medalı ilə təltif edilmişdir.Belə ki, anam işləyərkən , Qarayev adına 2 saylı Uşaq Xəstəxanasında labaratoriya şıbəsinin müdiri işləyən Əzizova Xanımcan Nüsrət qızı anamın yanına tez –tez gedib gəlirdi.O anamla çox yaxın münasibətdə olmuş , onun etibarından sui-istifadə etmişdir.2012 –cu ildə Xanımcan anamın yanına gələrək Türkiyədə biznes qurduğunu, dərman firması ilə müqavilə bağladığını , həmin dərmanları azərbaycana gətirib satacağını bildirdi.Anama təklif edir ki, ona pul versə, onunla şərik işləsin.

Bunun müqabilində ona 25 min manat lazım olduğunu bildirdi, yaxın ərəfələrdə işi yoluna qoyduqda o pulu qaytaracağına söz vermişdir. Anam isə ona inanaraq mənim evdə olan 10 min manat pulumdan 8 min manatını mənə demədən ona Sahil bağında görüşüb vermişdir. Belə ki, Xanımcan həmin pulu anama 3- 4 aya qaytaracağına söz vermişdir.Buna görə də anam onun pulu qaytaracağına əmin olduğu üçün mənə bu barədə söz deməmişdir. Lakin Xanim 4-5 ay keçdiyinə baxmayaraq pulu qaytarmamış, sabah- sabah deyə deyə anamı aldatmışdır.Bundan sonra anam Xanımcana həmin pulun mənə məxsus olduğunu, bildirmiş, pulun təcili qaytarılmasını xahiş etmişdir.Lakin Xanım onu aldadaraq anamı müxtəlif bəhanələrlə yola verirdi. Nəhayət anam bərk əsəb və stress keçirdi.Çünki o qorxurdu ki, mənə deməmiş ,mənim pulumu ona verdiyini bilib əsəbiləşərəm. Məhz buna görə anam bərk əsəb keçirərək səbəbini məndən gizlətdi. Və nəticədə 2012 –ci ildə anam insult keçirtdi.2016-ci ildə isə anamın ürəyi tutdu , həkimlər ona təcili əməliyyat edilməli olduğunu bildirdilər. Ona görə anamın əməliyyatına təcili pul lazım oldu. Mən anama verdiyim pulu istədikdə , o məsələni mənə acidı. Mənim pulumu Xanımcana verdiyini bildirdi.

Anamı əməliyyat elətdirdim.Anam məni əmin etdi ki, Xanımcan pulu qaytaracaq.Əməliyyatdan sonra 2018 –ci ildə mən Xanımcana müraciət edərək pulumu istədim.Bildirim ki,işdən çıxmışdım,ailə vəziyyətim ağır idi.Tək yoldaşım işləyirdi. Xanımcan pulu istədikdə danmadı,dedi ki,yaxın günlərdə qaytararam.O Həbib adlı bir nəfərin adını çəkdi.Bildirdi ki,sizing və digər borclu olduğum şəxslərin pulu o adamdadır.Həmin şəxs türmədədir. 2 həftəyə həbsdən azad olacaq. Sizinlə görüşüb pulunuzu qaytararam.Həqiqətən də o adam mənə 055 311 08 18 saylı nömrədən mənim 055 272 15 05 nömrəmə zəng vurdu.Özünü Həbib kimi təqdim etdi.(Səsi var)O mənə dedi ki, Xanımcanda siyahı var.O siyahıya baxıb sizə deyəcəyəm ki,sizdən nə qədər pul alıb, o pulu sizə qaytararam. Üstündən 2-3 gün keçdikdən sonra bizə bildirdi ki, mənim sizə borcum yoxdur. Soruşdum ki, sən kimsən axı! Dedi ki, mən müəlliməm. Universitetə uşaq düzəltmişəm,rüşvətə görə türmədə yatıb çıxmışam. Bundan sonra yoldaşım oğlumla birgə Xanımın iş yerinə getməli oldular.Əvvəl onlar baş həkimə müraciət etdilər.Məsələni danışdıqda baş həkim onlara demişdir ki,siz tək deyilsiniz. Bununla bağlı mənə çox adamlar müraciət edirlər.Lakin onun bu əməli sırf işlə əlaqədar olmadığı üçün mən sizə kömək edə bilmərəm. Yoldaşımın baş həkimin yanına girdiyinə görə, Xanım bərk əsəbləşmiş,yoldaşıma pul verməyəcəyini bildirmişdir. Onda yoldaşım mənə zəng edərək məni ora çağırdı.Xanım biləndə ki,mən ora gəlirəm ,iş otağının qapısını bağlayaraq oradan getdi.

Mən xəstəxanaya daxil olduqda ,yoldaşım bildirdi ki, Xanımcan otağı bağlayıb getdi.Buna görə mən yaxınlıqda yerləşən Səhiyyə Nazirliyinə müraciət etmək istədim. Mən o tərəfə keçmək istədikdə Xanımcanı öz maşınına ( CİP –Ford qara rəng) minən gördüm. Mən onu saxlattyıb məsələni aydınlaşdırmaq istədim. O tez maşına oturdu. Sükan arxasında isə bir kişi oturmuşdu.Mən sürücüyə yaxınlaşaraq bildirdim ki, maşını bir neçə dəqiqəlik saxlasın, sözümü Xanımcana deyim. Xanımcan isə sürücünün üstünə bərkdən qışqıraraq ona “sür” əmrini verdi. Sürücü tərəfdə mən durmuşdum.Sol qolum sürücünün pəncərəsindən içəri qoymuşdum. Sağ tərəfdə oğlum , maşının qabağında isə yoldaşım durmuşdu. Fikirləşdik ki, o düşüb bizlə söhbət edər.Bu 2018-ci il avqust ayında olmuşdu. Onda sürücü maşını bərk xodladı və yoldaşımın üstünə sürdü.Qolum maşında olduğu üçün qolum bərk dartıldı.Yoldaşım maşının qabağından çəkilməsəydi, yəqin ki,bu azğınlaşmış sürücü maşını onun üstünə sürüb onu öldürəcəkdi.Qolum bərk dartıldı. Zədə aldım.Oğlum Hüseynov Cəlaldan xahiş etdim ki,102 xidmətinə zəng etsin. Həmin zəngə əsasən bizi Səbail rayon 39 cu polis bölməsinə çağırdılar.Orada ərizəmizi aldılar.Onlardan xahiş etdim ki, hadisə vaxtı kamera görüntüsünü götürsünlər.Qolum zədə aldığı üçün eksperstə göndəriş istədim.Lakin işi aparan təhqiqtçı dəyişdirildi.Təhqiqatçı Qabil isə bildirdi ki. xəsarət olmayıb Vəssalam!! Xanım isə bildirdi ki, əgər biz bir də şikayət etsək, sizə verəcəyim pulu polisə verəcəyəm. Polis sizdən də , bizdən də pul alacaq(səs yazısı var). Görünür düz deyirmiş.Bildirmək istəyirəm ki,Xanımcan tək bizə deyil ,çox adamlara da pul alıb atıb. O adamlara qarşı dələduzluq etmiş, sonradan isə onlardan pulu guya faiz aldığını bildirərək şantaj etməkdən çəkinməmişdir.

Həmin şəxslərdən Bünyadova Zemfira İsmayıl qızı,bir də Aşur, Nadir Həmidov adlı şəxslərdir. Belə ki, Bünyadova Zemfira anamın yaxın rəfiqəsi idi. Xanımcan anama 2015- ci ildə 5000 manat lazım olduğunu söylədi. Anamın iştirakı ilə Xanıımcan ondan o pulu aldı. Lakin vəd verdiyi vaxtda pulunu qaytarmadı.O da zəng edib anamı narahat etdiyinə görə, mən o pulu borc edib ona qaytardım. Bildirirəm ki. Xanımcanla bağlı Korrupsiyaya İdarəsində, Binəqədi, Nəsimi ərazisində, onunla bağlı şikayətlər var, sorğu verilərsə bizim tək olmadığımızın şahidi olacaqsınız.Təkcə son üç ildə Səhiyyə Nazirliyinə sorğu versəniz , görəcəksiniz ki, Xanımlcanla bağlı yüzlərlə şikayət ərizələri olmuşdur. Xahiş edirəm ki, mənim pulumun alınıb ,bu dələduz Xanımcandan mənə qaytarılmasına kömək edəsiniz. Anamın yatağa düşməsinin səbəbkarı kimi onu cinayət məsuliyyətinə cəlb edəsiniz.

İmza: Rasim Hüseynov"

 

Qeyd edək ki, Xanımcan Əzizovadan diğər şəxslər də şikayət edib. O videoları da təqdim edirik.

 

Bənzər xəbərlər

Gündəm

0.033667087554932