Nov 05

Deputat Sabir Hacıyev 1.4 milyonluq mülkünü satışa çıxardı - Araşdırmaçı jurnalist

Avropada yaşayan araşdırmaçı mühacir jurnalist Cavanşir Həsənli özünün Facebook hesabında daha bir məmur mülkü ilə bağlı araşdırmasını paylaşıb. Gununsesi.org həmin yazını təqdim edir: “Deputat Sabir Hacıyev özünün Gənclik metrosu yaxınlığında Milyonerlər məhəlləsi adlandırılan ərazidəki 5 sot torpaq sahəsini 1.4 milyon manata satışa çıxarıb. Torpaq sahəsi deputatın böyük oğlu Samir Hacıyev tərəfindən keçən ayın ortalarında əmlakçılara təqdim olunub. Deputatın oğlu eyni vaxtda Buzovnada dəniz kənarındakı 18 sot torpaq sahəsini də 250 min manata satışa təqdim edib. Daşınmaz əmlak saytlarında müvafiq elan təcili qrifi ilə yerləşdirilib.”

Deputat Sabir Hacıyev 1.4 milyonluq mülkünü satışa çıxardı

Bənzər xəbərlər

Gündəm

0.098658800125122