Oct 28

Bulat Agabəyovu şantaj edən dəstə ilə bağlı YENİ DETALLAR

Ötən il Elşən Cabbarov adlı sahibkarın Baş Mil-Muğan Kollektoru İstismarı İdarəsinin rəisi Bulat Ağabəyovu şantaj edərək külli miqdarda pul tələb etməkdə ittiham olunması haqda xəbərlər yayıldı.

Bundan az əvvəl Elşən Cabbarovun iş ortağı Məhəmməd Cəfərli (hazırda azadlıqdadır) həbs olunmuşdu. Saytlar yazırdı ki, Elşən Cabbarov Bulat Ağabəyovun şantaj etməklə külli-miqdarda pul alıb.




Eyni zamanda Elşən Cabbarov onu ifşa etməmək müqabilində Bulat Ağabəyovla 60 min manat, Bulat Ağabəyovun göstərişi ilə sürücüsü Azər Hüseynovla isə 50 min manat məbləğində borc müqaviləsini öz xeyrinə notarial qaydada təsdiq etdirib.

Bundan başqa, Elşən Cabbarov Salyan rayonu, Bəydili kənd sakini Vüqar Gülüşova qarşı da 220 min manata yaxın dələduzluq törətməkdə şübhəli bilinib. Elşən Cabbarov Salyan rayonunda ən imkanlı ticarətçilərdən sayılıb.

İstintaq orqanı tərəfindən Elşən Cabbarovun barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq), 182.2.2-ci (təkrar hədə-qorxu yolu ilə tələb etmə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə) maddələri ilə ittiham elan edilib.

Korrupsiya.orgbildirir ki, bu iş indiyədək davam edir. Məhkəmə baxışı Ağır Cinayətlərə Dair Məhkəmədə gedir.

Və cinayət hadisəsinin yeni detalları üzə çıxıb. Cinayət işində adı keçən şəxslərdən biri də Əsədov Təbriz Fərəc oğludur. Hazırda ona qarşı AR.CM-nin 296.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Təbriz Əsədov deyir ki, ötən ilin bu vaxtı həmkəndlisi Vüqar Gülüşov onunla görüşüb. Elşən Cabbarov adlı sahibkarı aradan götürmək üçün 60 min manat vəd edib. Söhbət əsnasında bildirib ki, qətli Bulat Ağabəyov sifariş verir.

Əsədov Təbriz sifarişi yerinə yetirəcəyinə söz versə də etmir, Üstəlik bu xəbəri öldürməli olduğu Elşən Cabbarova çatdırır. Bakıda "50 qəpik” kafesində Elşən Cabbarov, Məhəmməd Cəfərli və Təbriz Əsədov arasında görüş olur. Elşən Cabbarov Təbrizin dediklərindən sonra dərhal 102 xidmətinə məlumat verir. Onlar Xətai Rayon 37-ci Poliş Şöbəsinə aparılır. Təbriz orda izahatını verir.

Əsədov Təbriz iddia edir ki, bir neçə gün sonra Xətai Polis İdarəsinin müstəntiqi Araz Məhərrəmov Salyana gəlib. Onu və Vüqar Gülüşovu "Şahdağ” restoranında görüşdürüb. O, da Gülüşov yalvarıb ki, ərizədə yazdıqlarının yalan olduğunu desin. Yoxsa onu tutacaqlar.

Bundan sonra ƏsədovTəbriz ifadəsini dəyişir, yalan dediyini yazır.





Maraqlıdır, Xətai Polis İdarəsinin müstəntiqi Araz Məhərrəmov nə üçün rayona gəlir, burada Təbriz Əsədovla əleyhinə ifadə verdiyi Vüqar Gülüşovu görüşdürür, üstəlik yedirdib-içirdir. Şərait yaradır ki,Əsədov ifadəsin dəyişsin. Üstəlik tapşırır ki, "yaz ki, bu Elşənin planı olub”.





Təbriz Əsədov izahat yazıb rayona qayıtdıqdan sonra valideynləri onu danlayır.

Deyirlər ki, düzünü yazmalı idin. Yenidən birinci izahatı ilə bağlı müxtəlif instansiyalara məktublar yazırlar. Lakin deməyinə görə məktublara məhəl qoyulmur, onun birinci izahatı üzə çıxmır. Hazırda elə onu Elşən Cabbarovla və MəhəmmədCəfərli ilə qabaqcadan əlbir olan şəxs kimi ittaham irəli sürülüb. Onun dediyinə görə Ağabəyovdan pillar alınanda, şantaj edilən epizodlarda olmayıb.





Hazırdaazadlıqda olan Məhəmməd Cəfərli Elşən Cabbarovu himayə altına alıb.

Təbriz Əsədov deyir:” İndi anlayıram ki, bunlar hamısı eyni qruplaşmanın adamlarıdı, məni də tora salıblar.Hələ Bakıda "50 qəpik” kafesində söhbət olanda dedim ki, Vüqar Gülüşov kəndçimdi, onu tutdura bilmərəm. Məhəmməd Cəfərli ded ki, onu oyundan çıxaracayıq, deyərik ki, pulu Bulat Ağabəyov verib. Vüqarda pul hardandı.

Bəs Vüqar niyə bu oyuna gedib. Sən demə onun Elşən Cabbarova küllü-miqdarda borcu varmış.

Məhəmməd Cəfərlinin planı bu "killer sifarişi”, adam öldürtmə bahənasi ilə Bulat Ağabəyovu şantaj edib pul qopartmaq olub.

Cəfərli deyirdi ki, "başına dövlət quşu qonub.” Yaqin Bulatdan xeyli pul alacağını deyirdi.

Bax belə düşmüşəm quldur dəstəsinin içinə. Xahiş edirəm ki, işə ədalətli baxsınlar. Oyun qurublar. Mən də bu oyunun qurbanına,oyuncağına çevrilmişəm. Aidiyyatı qurumlardan xahiş edirəm-əsas cinayətkar Cəfərli Məhəmməddir. Qalıb kənarda. Ona baxanda Elşənin günahı azdır.

Bir şeyi də deyim. Məhəmməd Elşənə deyirdi ki, necə edək ki, Bulatın bütün sirrini bilən (harda yeyir, nə içir, dincəlir v s) Həsənov Röyal Qəmbər oğlunu ələ keçirək. Bundan ötrü o uşağın dizini sındırıblar. Bu faktı məhkəmə də bilir, DİN-də.



İş obyektiv araşdırılmalıdı. Elşən həbsxanadadır. Məhəmməd azadlıqda. Bu necə olur?

Faktiki olaraq Məhəmməd Cəfərli Vüqar Gülüşovu da öz cinayət əməlinə şərik edib. Gülüşov Bulat Agabəyovun adından mənə Elşən Cabarovu öldürtmək üçün sifariş verir. Halbuki, həm Gülüşov ,həm də Cəfərli eyni adamdırlar. Məqsəd məni oyuna salmaq, Agabəyovu isə şantaj edib pul qopartmaq olub. Bu mürəkkəb planı Məhəmməd Cəfərli hazırlayıb. Məni isə bilmədən bu oyuna alət ediblər.

Aidiyyatı qurumlardan xahiş edirəm-işə ədalətli baxılsın.”

Bənzər xəbərlər

Gündəm

0.041464805603027