Jun 17

“Azza”nın tortları buzxanada saxlanılır?

İllərdir ölkənin şirniyyat bazarında at oynadan AZZA Şirniyat Evində baş verənlərlə bağlı Bizimxeber.az-a olduqca maraqlı məlumatlar daxil olub. İnsanların hər gü  bəh-bəhlə yediyi AZZA şirniyyatları necə hazırlanır və işçilər hansı problemlər yaşayır? 

Bizimxeber.az-a daxil olan məlumatlardan görünür ki, AZZA-da çalışan işçilərə qarşı münasibət fərqlidir. İşçilər müqavilədə göstərilən iş saatından artıq işlədilir, əvəzində isə əlavə ödəniş almır. Ümumiyyətlə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 89-cu maddəsinə əsasən, əmək müqaviləsi əsasında işə qəbul olunan işçilər üçün tam iş vaxtı — müddəti Əmək Məcəllsində nəzərdə tutulmuş həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır.

İstehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq, işəgötürən və ya müvafiq icra hakimiyyəti orqanı həftəlik tam iş vaxtının müddəti çərçivəsində altıgünlük iş həftəsi müəyyən edə bilər.

Altıgünlük iş həftəsində həftəlik norma 40 saat olduqda, gündəlik iş vaxtının müddəti 7 saatdan, həftəlik norma 36 saat olduqda, gündəlik iş vaxtının müddəti 6 saatdan və həftəlik norma 24 saat olduqda, gündəlik iş vaxtının müddəti 4 saatdan çox ola bilməz.

Bəs, AZZA-da necədir? Bizə daxil olan fotolardan da görünür ki, bu şirkətdə işçilər 7 gün ərzində 53 saat işlədilir. Bayramlar da daxil. Bu isə qanunların kobud şəkildə pozulması ilə yanaşı, istismar deməkdir.

Təəssüflər olsun ki, AZZA-da dövlətin daha bir qanunu da kobud şəkildə pozulur. Şirkət 1 il ərzində işçini 21 gün məzuniyyətə göndərməli olduğu halda ,14 gün göndərir və ödəniş tam ödənilmir. Haqqını tələb edən insanlar narazı salınır, uzaqlaşdırılır, yaxud get-gələ salınır. Hər kəsə bildirilir ki, bu qaydaları rəhbərlik təyin edib. Rəhbərlik kimdir? Sahibkar Zöhrab Abbasov.

Əcəba, şirkət rəhbərliyi parlamentdə qəbul olunan Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərini nədən pozur? Bunlar azmış ki, hansısa səhv səbəbindən yaranmış xırda məsələyə görə, işçinin əmək haqqından niyə pul tutulur? Təki, AZZA ziyan etməsin? 300-400 manata 30 gün işlədilən işçinin əmək haqqından 30 manatın tutulması bilirsinizmi nə deməkdir? Bu barədə konkret faktlar mövcuddur.

Bəs, AZZA rəhbərliyi məhsulların keyfiyyəti necədir? Hər yerdə birinci olduqlarını ağızdolusu deyənlər o qədər də ucuz olmayan tort və şirniyyat məhsulların keyfiyyətinə necə zəmanət verir?

Buzxanada saxlanılan torlarlamı, yoxsa, adicə Makarons şirniyyatlarının bisirilmə vaxtını 1-2 saat irəli-geri çəkməkləmi, yoxsa tam keyfiyyətləmi? Kiloqramı az qala 12 manata satılan Makarons şirniyyatlarının istifadə müddəti niyə bir neçə saat öncədən yazılır? Saat 12-də mağazaya gələn şirniyyatın üzrəində bişirilmə vaxtı necə 13:00 göstərilə bilir?

Həmişə “Siz bizim dükanda heç vaxt saxlama müddəti ötmüş məhsul tapa bilməzsiniz” deyən şirkət rəhbərliyinə bircə sualımız var. Tortlarınızın altındakı istehsal müddəti ilə satışa çıxarılma müddəti arasında neçə gün fərq var? Tort qutularının (poddon) altındakı fərqli tarixlər nəyi demək istəyir? Bəlkə doğrudan da bu belə olmalıdır…

 Daha bir məlumat budur ki, AZZA-da torlar buzxanada dondurularaq saxlanılırmı? Bu barədə müştərilərə məlumat verilirmi? Müştəri bilirmi ki, sifariş verdiyi tort 2-3 və ya 10-15 gün əvvəl bişirilib buzxanada saxlanılıb? Yoxsa müştərilərə vaxt təyin edib, pulunu alıb yola salırsız ki, sabah yeni bişmiş tortu gəlib apararsız?

Bəzən AZZA torlarının içərisindən kiçik sellofan çıxır. Bilirsinizmi bunlar nədir? Bu faktlara AZZA rəhbərliyi aydınlıq gətirsə daha yaxşı olar. Əslində şirniyyat məhsullarının, əsasən də tortların 21 gün saxlanması mümkündür.

Bizimxeber.az-a daxil olan məlumata görə, AZZA-nın buzxana hissəsinsə çalışan işçilərin telefonları əllərindən alınır ki, foto, video çəkilişləri apara bilməsinlər.

Məlumat üçün bildirək ki, AZZA Şirniyyat evi sahibkar Zöhrab Aslanova məxsusdur. Həmçinin Zöhrab Aslanov “AZZA AGRO” MMC-nin 1000 başlıq müasir heyvandarlıq kompleksinn sahibidir.

Qarşı tərəfin fikirlərini işıqlandırmağa hazırıq.

Bənzər xəbərlər

Gündəm

0.076525211334229