Jan 22

YENİ PLAN: Kürdlər müstəqillik arzusundan vaz keçdi: - Bu dəfə ortada Moskva var

Suriya kürdləri prezident Bəşər Əsədə xüsusi təkliflə müraciət etməyə hazırlaşır.

Cebhe.info xəbər verir ki, bu barədə “The Times” yazıb.

Nəşrin yazdığına görə, kürdlər Suriyanın tərkibində onlara muxtariyyat verilməsini istəyirlər. Beləliklə, kürdlər Türkiyədən gələ biləcək təsiri azaltmağı planlaşdırırlar.

Nəşr bildirir ki, Kürd Demokratik Birlik Partiyası (PYD) Türkiyənin gözlənilən hücumundan narahatlığını bildirir və Amerika qoşunları çıxdıqdan sonra bu təhlükəni daha real görür. Buna görə də Rusiya tərəfinə müraciət edərək Suriya hakimiyyəti ilə sülhün qarantı olmağı təklif edib.

PYD liderləri nəzarətlərində olan sərhədyanı postları hökumət ordusuna verməyə hazır olduqlarını da bildiriblər. Həmçinin, bundan sonra “Suriya hökumətinin formal tərkib hissəsi kimi" hücumların dəf edilməsində iştirak niyyətini açıqlayıblar.

PYD-nin təklifinə əsasən, Suriya hakimiyyəti xarici məsələlərlə məşğul olacaq. Muxtariyyat rəhbərliyi isə daxili təhlükəsizlik, təhsil, vergi kimi məsələlərə nəzarət edəcək.

Xatırladaq ki, Türkiyə PYD və “Xalq özünümüdafiə bölmələri”ni terror təşkilatı kimi tanıyır.
 

Bənzər xəbərlər

Gündəm

0.024380922317505