GündəmDec 16

Yadigar Sadıqlı Müsavat Partiyasını ittiham etdi

“Müsavat Partiyasının indiki rəhbərliyinin mənim namizədliyimi dəstəkləməyəcəyini bilirdim. Onlar mənimlə əlaqə saxlamadılar, mən də müraciət etmədim”.

Mozalan.az xəbər verir ki, bunu Müsavat Partiyası başqanının sabiq müavini, partiyanın başqan seçkilərində namizəd olan Yadigar Sadıqlı "Facebook" statusunda yazıb.

 

O bildirib ki, boş yerə vaxt itirməmək üçün, hələ dekabrın 12-də 73 saylı Lənkəran şəhər Dairə Seçki Komissiyasına ərizə ilə müraciət edərək öz təşəbbüsü ilə müstəqil şəkildə deputatlığa namizədliyini irəli sürüb:

“Amma bunu heç kəsə bildirməmişdim ki, günah mənim üzərimdə qalmasın. "Biz irəli sürəcəkdik, amma özü sürdü" deməsinlər. Sabah imza vərəqələrini götürməliyəm".

Bənzər xəbərlər

Gündəm