"İmişlinin imici dəyişəcəkmi?"
Bir neçə gün öncə iş adamı Əziz Quliyevə məxsus İmişli rayon Ticarət Mərkəzində, və İmişli Mal-qara bazarında "quldarlıq" quruluşundan respublika ictimaiyyəti məlumatlandı. Lakin buna baxmayaraq ictimaiyyətin nə əsərindən gizli qalan o qədər həqiqətlər var ki, ağıla gələcək deyil.
Düşünürsünüzsə, külli qanun pozuntularından bəhs edirəm, yanılırsınız.
Yəqin ki, yazımızın sonunda Əzizim "quldarlıq" qurulu ifadəsi işlətməyimiz diqqətinizdən yayınmayıb. İndi isə gələk hansı səbəblə belə bir ifadə işlətmək məcburiyyətində qalmağımıza.
24 yanvar 2023-cu il tarixində İmişli Mal-qara bazarında çəkiliş apardığımız zaman Əzizim "nökərlərinin" necə bir canfəşanlıqla ağalarının sərvətini artırmaq üçün qanunsuz pul yığmalarınin şahidi olduq. Baş verən qanunsuzluğa mane olmaq məqsədilə şəxsən mən qəbz verilmədən pulların yığılmasına qarşı çıxım. Nəticəsi isə mənə çox baha başa gəldi.
Əziz Quliyevin bacısı oğlu kimi tanıdılan Fəqan adlı standartlardan kənar varlıq məni dəmir qurğu ilə sözün həqiqi mənasında vəhşicəsinə əzdi. Bazarda baş verən insident zamanı toplanan satıcılar bildirdilər ki, Əziz Quliyevin şəxsən maliyyələşdirdiyi xüsusi dəstəsi var ki, adını "Qara maska"lılar adlandırıb. Satıcılara "qəbz verilmədiyi halda niyə pul ödəyirsiniz" sualını verdiyiniz zaman, aldığımız cavab qanımı dondurdu:-"Necə verməyək? Verməsək Əzizim qara maskalıları döyüb alacaqlar" .
Duyduğum cavabın qarşısında ağlıma gələn tək nida ondan ibarət oldu ki, görünür Əzizim havadarının Ramiz Mehdiyev olması barədə söylənən fikirlər bəlkə də həqiqətə uyğundur. Əks halda Əziz kim ki, dövlət içində ordu yaratmaq cəsarəti əldə edə bilsin?
Sanıram son cümlədən sonra Əzizim "misilsiz məharətlərindən " danışıb sizi yormağımız gərəksiz olar. Çünki, qəhramanımız barəsində imic formalaşşdırmaq üçün son ifadənin yetərli olduğunu düşünürəm.
Düşündüyüm bir məsələ də var ki, bütün bu olanlardan sonra İmişli rayon rəhbərliyi İmişlinin imicini dəyişdirəcək mi?
"Mozalan az. saytının Baş redaktoru. Tərifə Maqsudova