TənqidJul 26

Qobu bələdiyyəsinin sədri pulunu ödədiyi torpağı vermək üçün xanım sakinə daha nələr təklif edib

Abşeron rayonun Qobu qəsəbə sakini Rüstəmova Pakizə Ağamurad qızı tərəfindən Respublika Prezidenti İlham Əliyevə və bir sıra aidiyyatı dövlət orqanlarının rəhbərlərinə  Qobu qəsəbə Bələdiyyəsinin sədri Araz Nəcəfovun Abşeron İH-nin həbsə atılan memarı ilə birlikdə törətdiyi qanun pozuntularının, onun mənim və digər sadə vətəndaşlara məxsus bələdiyyə torpaqlarını kənar şəxslərə arxa tarixlə sənədləşdirib saxtakarlıqla satmasının, əvəzində örüş sahəsindən saxta sənədlərlə yer təklif edilməsinin qarşısının dərhal alınmasının, ƏN-nin Sumqayıt Regional Ədliyyə İdarəsi rəisi, Abşeron İcra Hakimiyyəti rəhbərliyilə gizli sövdələşərək verdiyim şikayəti əsassız ört-basdır etmə cəhdindən, ona olunan əxlaqsız təklifindən, Qobu Bələdiyyə sədrinin onu şərləyib həbs etdirəcəyi ilə bağlı hədə-qorxusunun qarşısının alınması və 15 ildir ki, ayrılan bələdiyyə torpağının verilməsi barədə müraciət ünvanlanıb.

Aktualinfo.org Qobu qəsəbə sakinləri Pakizə Rüstəmovanın və Habil Həsənovun sözügedən müraciətini olduğu kimi oxucularra təqdim edir.Onlar yazırlar:

Hörmətli cənab Prezident,   bir daha xatırlatmaq istəyirəm ki, 2006-cı ildə kənd sakinlərinə 8 sot olmaqla 300 manat rüsum müqabilində bələdiyyə torpağı verilərkən, Mən 20 sot üçün 800 manat rüsum pulunu Texnika Banka Qobu bələdyyəsinin hesabına köçürmüşdüm. Və mənə bildirmişdilər ki, sənə ən yaxşı yerdən “Çənlibel” restoranının yanından torpaq verəcəyik. Sonra məlum oldu ki, mənə verilən yeri Bələdiyyə başqasına pulla satıb. Sonra yenə söz verdilər ki, ayrı-ayrı yerlər olmaqla sənə 2 pay 10 sot yer verəcəyik. Doğrudur, mənə bir 10 sotluq yeri Qobu Bələdiyyəsinin yerquruluşu planından çıxarış əsasında göstərsələr də sənədə nə möhür vurulub, nə də Abşeron rayon İH-nin indi həbsdə olan Memarlıq Şöbəsinin müdiri Akif Əliyev,nə də Qobu Bələdiyyə sədri Araz Nəcəfov imza edib. Bu fırıldaqçılar uzun müddətdir ki, mənə saxta sənəd verib bürokrat kimi süründürürlər. İndilər də isə mənə məlum olub ki, bu korrupsiyalaşmış dəstənin mənə verdiyi çıxarış sənədində göstərilən yer örüş sahəsi imiş. Burada hər hansı ev tikmək qadağandır.Yəni bələdiyyə sədri bələdiyyə torpağı olmayan yeri qanunsuz olaraq bələdiyyə adı altında saxta sənədlərlə mənim kimi yerli sakinlərə sırımaq və pul qaznmaq istəyir. Mən ev tikmək üçün 800 manat pulu yerli bələdiyyəni hesabına 15 il əvvəl köçürmüşəm. Bu dəstə məndən əlavə olaraq sənədlərin düzəlməsi üçün tələb etdiyi 3000 manatı bir, keçən ildə 3500 manat ( cəmi 6500 manat olmaqla) kapital Bankdan kredit götürüb Araz Nəcəfova iş otağında vermişəm ki. sənədlərimi versin. Amma nə torpaq sahəmi ala bilirəm, nə də sənədlərimi. Bunların mənə verdiyi saxta sənədi yoxlatdıranda məlum oldu ki, nəzərdə tutlan yerin bələdiyyə torpağı deyil, kənd təsəsrrüftlı örüş sahəsi olduğu və heç vaxt buraya çıxarış verilə bilməyəcəyini məni başa saldılar. Artıq Qobu Bələdiyyəsinə illərlə ayaq döyməkdən yorulmuşam. Tək ailə başçısı olduğumdan Bankdan götürüb Araz Nəcəfova verdiyim pulun kredit ödənişini güclə ödəyirəm. Hazırda öhdəmdə evdə 5 nəfər var. Evdə də tək işləyən mənəm və aylıq 263 manat əməkhaqqqı alıram.

  Son vaxtlar Abşeron rayon İH-ti başçısının köməkçisi Fuad müəllimin qəbulunda oldum. O da Araza zəng edib xahiş etdi ki, Pakizər xanımın torpaq məsləsini həll etsin. Budur,  iyulun 18-də yenə İcra Hakimiyyətinin xahişini nəzərə alıb Arazın yanına getdim. Otaqda o əvvəlcə mənə «pasteldə bir dəfə görüşsək sənin torpaq məsləni həll edərəm dedi.» Durub qapını çırpıb otaqdan çıxdım. Budur, dünən 22 iyulda da yenə İcra hakimiyyətinin göstərişilə Arazın qəbuluna getdim. O başladı əvvəlcə məni təhqir etməyə ki, yenə məndən şikayət yazmısan. Amma onu da bil ki, səndən aldığım pulu yetimlər evinə verəcəm. sənə qaytarmayacam, torpaq da verməyəcəyəm.»   Mən bu barədə yenə Abşeron İcra Hakimiyyəti başçısı İradə xanımın yanına gəlib qəbuluna düşmək istədim. Qoymadılar. Dedilər şikayət formasında yaz ver qutuya salaq İradə xanım şəxsən məktubunuzu oxuyub tədbr görərəcək. Sonda DİN-nin 102 xidmətinə zəng edib şikayət etdim ki, Bələdiyyə sədri məni otağında təhqirlər edib qovdu.  Dedilər ki, biz qeydiyyata aldıq. Tədbir görülər.

Budur mən verilən digər sənədə baxanda görürəm ki, Araz Hüseynov belə torpaq alverini tək mənimlə etməyibmiş. Budur Qobu qəsəbə sakini Habil Həsənovun da başına oxşar hadisə gəlib. Hərəsi 0.08 ha olmaqla 3000 manat pulu bələdiyyə sədrinə verib yer alsa da, sonda 4 pay yerdən heç birini Habilə verməyib. Yeri göstərib «Effekt» MMC-yə baha qiymətə satıb. Əsassız varlanıb.  Ona görə də Araz Nəcəfov torpaq bazarından qazandığı pullarla özünə havadarlar tutub İndi də İcra  Hakimiyyətini belə saymır.  Mən də tələb edirəm ki, özünü arxalı köpək hesab edən istənilən məmur cəzasız qalamamalıdır. Fakt üzrə tədbir görülməlidir. Araza arxa duran köpəklər də qoy utansınlar ki, bizi kimi məzlum insanların qəpik-qəpik yığıb verdikləri pulları Arazdan alıb gedib evlərində arvad-uşaqlarına alt paltarları alırlar. 
Qobu qəsəbə sakini,Bələdiyyə sədri tərəfindən haqsızlığa məruz qalmış digər şikayətçi isə Həsənov Habil Fariz oğludur.O müraciətində qeyd edir ki, Mən – Həsənov Habil Fariz oğlu Abşeron rayonu Qobu Bələdiyyəsi rəhbərləri tərəfindən aldadılmışam. 
2014-cü ildə Qobu bələdiyyəsinin sədri Ənvər Əmiraslanovdan hərəsi 0,08 ha olmaqla 4 ədəd torpaq sahəsi almışam. Hər torpaq sahəsi üçün şəxsən Ənvər Əmiraslanova 3000(üç min) manat pul vermişəm. Təəssüflər olsun ki, Qobu bələdiyyəsinin keçmiş və indiki sədrləri mənim etibarımdan sui-istifadə edərək məni dəfələrlə aldatmışlar. Mənə məxsus olan torpaqlar birbaşa olaraq “Effekt” MMC-yə verilmiş və həmin torpaq sahələri MMC tərəfindən hasara alınmışdır. Qobu bələdiyyəsinin keçmiş sədri Ənvər Əmiraslanov, indiki sədr Araz Nəcəfov mənimlə görüşərək şikayət etməməyi xahiş etmiş, mənim torpaq sahələrimi qaytarmağa söz vermişdir. Araz Nəcəfov dəfələrlə mənə bildirmişdir ki, sənin torpaq problemini mən həll edəcəyəm. Həmin torpaqların mənə verilməsi və torpaq haqqımın bələdiyyə fonduna köçürülməsi ilə bağlı sənədlərin hamısı məndədir və istənilən zaman mən onları təqdim edə bilərəm. Hal-hazırda mən aldadılmış vəziyyətdəyəm. Qobu bələdiyyəsinin keçmiş və indiki rəhbərliyi məni aldadaraq torpaqları başqasına vermişdir. Sizdən xahiş edirəm ki, mənə məxsus olan torpaqların özümə qaytarılması ilə bağlı, eyni zamanda məni aldadaraq etibarımdan sui-istifadə edən Qobu bələdiyyəsinin keçmiş sədri Araz Nəcəfovla bağlı müvafiq tədbir görəsiniz.

Bənzər xəbərlər

Gündəm