May 30

“Kapital City” tikdiyi binanın kvadratını 6 minə satır, amma sakinlərə 1500 manat təklif edir...

Özləri tikdikləri binanın kvadratını 6 minə satırlar, amma bizə təklif etdikləri qiymət isə 1500 manatdır...
 
Bakı şəhər Abbas Səhhət küçəsi 29 ünvanında yaşayan sakinlər Moderator.az-ın redaksiyasına şikayət ediblər. Bildiriblər ki, yaşadıqları evlərinin yaxınlığında bina tikən şirkət onların evlərinin ətrafını hasara salır. “Bloka”daya düşən sakinlər isə bunun qanunsuz olduğunu bildirərək şikayətçi olublar. 
Onlardan biri Polad Əliyev vətəndaşların şikayətini Moderator.az-a belə nəql edib:
 
“Biz 1 saylı Şəhər Klinik Xəstəxanasının (Semaşko) yanında yaşayırıq. Bu evlər bizim öz şəxsi həyət evlərimizdi. Abbas Səhhət küçəsi 29-da təxminən 50-60 ailə yaşayır. Amma bizim bir neçə müddətdir ki, ərazidə bina tikən şirkətlə problemimiz var. Belə ki burda bina tikən “Kapital City” və “Anima” şirkətləri bu ərzidə bina tikdikləri üçün bizim evlərin hər tərəfini hasara alırlar və deyirlər ki, bir qapı qoyacağıq, ancaq ordan girib-çıxacaqsınız”.
Polad Əliyev bildirib ki, bununla razılaşmayan sakinlər aidiyyatı qurumlara şikayət ediblər:
 
“Biz də buna görə şirkətə etirazımızı bildirdik. Bunlar qəsdən belə edirlər ki, biz bezək və evlərimizi onlar istəyən qiymətə satıb burdan çıxaq. Amma şirkət bizə sərf edən qiyməti təklif etmir. Təsəvvür edin ki, evlərimizin kvadratına 1500 manat pul təklif edir. Yaşadığımız yer şəhərin mərkəz yerlərindən biridir və burda təklif olunan qiymət çox ucuzdur. Özləri tikdikləri binanın kvadratını 6 minə satırlar, amma bizə təklif etdikləri qiymət isə 1500 manatdır. Dedim ki, kvadratına 3 min verin, burdan çıxım, amma cavab vermədilər”
Polad Əliyevin sözlərinə görə, ərazidə indi də insanlar şirkət işçiləri ilə mübahisə edirlər:
“Ona görə də şirkətin basdırdığı dirəkləri sakinlər çıxarıb atdılar. İndi biz aidiyyatı qurumlara müraciət edirik ki, problemimizi həll etsinlər. Belə özbaşınalıq olmaz axı. Əmim oğlu Vətən müharibəsində şəhid olub, burda başqa şəhid qohumları da var. Axı bizə qarşı bu cür haqsızlıq etmək düzgün deyil. Niyə insanları dövlətdən narazı salırlar?”.
 
Vasif Əlihüseyn
 

Bənzər xəbərlər

Gündəm

0.028884887695312