Feb 02

Tovuz rayon Elektrik Şəbəkəsində sayğac müdaxiləsi - VƏTƏNDAŞA MÜƏMMALI QALIQ BORC GƏLİB

"Hürriyyət"in redaksiyasına Tovuz rayonu Əyyublu kənd sakini Qurbanov Ələddin İmran oğlu tərəfindən şikayət daxil olub. Vətəndaş bildirir ki, aylıq borcu vaxtında ödəməsinə baxmayaraq, 2018-ci ildə sayğac dəyişdirildikdən sonra 77 manat 50 qəpik qalıq borc gəlib. O, sayğacın istisamar müddətinin beş il olmasına baxmayaraq, lakin Tovuz rayon Elektrik Şəbəkəsinin 15 il ərzində sayğacları dəyişdirmədiyini qeyd edib.

Tovuz sakini, qalıq borcun (77 manat 50 qəpik) qanunsuz yazıldığını bildirib. Ələddin Qurbanov iki il vaxt keçməsinə baxmayaraq qalıq borcu ödəmədiyini deyib. Buna baxmayaraq, vətəndaş nə məhkəməyə verilib, nə də işıq xətti kəsilib. O, digər kənd sakinlərinin də eyni problemlə üzləşdiyini vurğulayıb.

Məsələylə bağlı, AzərEnerji ASC-lə əlaqə saxladıq. Qurumdan şikayətçinin əlaqə nömrəsi götürülərək, araşdırılacağı bildirilib.

Mövzunu davam etdirəcəyik
 //"Hürriyyət"//

Bənzər xəbərlər

Gündəm

0.02524995803833