Nov 30

LƏTİFƏSİ BİZDƏN UZAQ – Kiş-kiş-kiş!

Kiçilə-kiçilə

Vladimir Vladimiroviç Vladimirov,

Vladimir Vladimiroviç,

Vladimir,

Volodya,

Vova…

Nikol öz adından xəcalət çəkirdi. Çünki tay-tuşu onu fransız qadın adına görə qoz çubuğuna dolayırdı. Bu səbəbdən də oğlu doğulanda ona Vladimir adının ağlına uyğun gələn ən kiçik variantını verdi – Vova.

Vova bu ada görə atasına minnətdar idi. Odur ki, ortaya oğlu çıxanda çox düşünmədən (ağlı imkan verdiyi qədər) ona sevimli atasının adını qoydu – Nikol. Yenə fransız adı. Yenə qadın adı. Yenə Nikolettanın kiçiyindən.

Qudaların sohbəti

Vova və Vaçik övladlarının ailə həyatını müzakirə edirdilər.

Vova:

– Bilirsən ki, oğlum Nikol tərbiyəli oğlandır. Piyada çox gəzir.

Vaçik:

– Amma ağlı xırdadır.

– Burnundan ki, kiçik deyil.

– …Universiteti bitirməyə çatmadı. Qızım Anna daha savadlıdır. Onun adından məqalələr yazır, kitab buraxıb. Üstəlik, ailə başçısıdır.

– Başçı… Baş… Nə olsun?! Nikol bala baş nazirdir. Nəslimizdə başqa dövlət başçısı olmayıb və heç vaxt olmayacaq.

– Haradan bilirsən?

– Seçməyəcəklər. Qoymayacaqlar. Hamının Paşinyanlardan zəhləsi gedir.

– Elə demə. İlham Əliyev Nikol barədə həmişə gülə-gülə danışır. Deyəsən, xoşu gəlir. Bəlkə o, qoydu…

Nikoldan ər çıxmaz

Vova:

– Ara, Vaçik. Yadıma sal, qızını bizə nə vaxt ərə vermişdin…

– Vax! Mən Annanı ərə verməmişəm ki, oğlun Nikola vermişəm.

Erməni xisləti

– Ara, Vova, Annanın toyda gətirdiyiniz bütün paltarları dağılıb. Yaxşı ki, Akopyanlıq üstündə qalıb. Soyadınızı götürsəydi, müharibədə onu da söküb-dağıdardılar.

– Bəs deyirdin onun soyadı D’Arkdır. Anna D’Ark.

– Sənin Paşinyan oğlun da Şuşada içib çox söz deyib. Nə olsun, erməni deyilik?!

Anna və vanna

– Vaçik-can, Annaya cehiz nə vermişdin?

– Annaya nə verərlər ki? Vanna.

– Vannanı neyləyir?

– Şoraba tutur. Bəs biz araq içəndə nə yeyirik, unutmusan?

Strateji aparat

– Ara, Vova! İçdiyimiz araq haradandır?

– Vaçik-can! Nikol bala çəkir. Yeni aqreqatda. Kəlbəcərdən təzə gətiriblər. Mühasirədən çıxıb. Adına unitaz deyirlər.

– Bəs içdiyimiz arağı nədən çəkirsiniz?

– Elə içində olandan…

Nikolun qorxusu

Rusiya hərbi bazasına sığınan Nikol Paşinyan gecə qışqırıb, yuxudan hövlnak oyandı. Arvadı Anna geyinə-geyinə, pardon, deyinə-deyinə əsgər kazarmasından gaçıb gəldi və soruşdu:

– Nə olub, ay mənim hələ də əzizim?

– Yuxuda gördüm ki, İlham Əliyev Köçəryanın və Sərkisyanın yaxalarından yapışaraq hərəsini bir əllə qaldırıb dərənin ağzında tutub.

– ATƏT-ə şükür! Yaxşı ki, Əliyevin 3 əli yoxdur. Bəs sən harada idin?

– …A-ya-ğı-nın al-tın-daaa, – deyə Nikol ürəkdən hönkürdü.

 

Səssiz radio

Erməni radiosundan soruşurlar:

– Nə olub, Paşinyan kimi sənin də səsin çıxmır?

– Görmürsən? PUA-lar başımın üstünü alıb. Söz deyən kimi təpəmin ortasına qəhvəyi bomba atırlar.

Müəllimə məhəbbətlə

Emma.Makronun sevimli müəlliməsi məktəbdə ona deyirdi:

– Qocaların qədrini bil, yoxsa qocalmazsan.

Makron bir qocanı – Məryəm kilsəsi Notr-Damı – qoruya bilmədi: məbəd yandı.

İndi Emmanuel qorxusundan ikinci qocanı evində saxlayır. Müəlliməsini.

Xırda adam Mikron

Emma.Makron, lətifəsi bizdən uzaq, erməniyə deyir «Qal!», türkə deyir «Qaç!», senata deyir «Qov!». Hər şey də ona görə ki, siyasətdən qətiyyən başı çıxmır. Çünki tədris zamanı yenicə yetişməkdə olan, amma hələ də kal qalan, Makron kişi deyil, Mikron gədə müəllimlər otağında dərslə yox, …məhəbbətlə məşğul idi.

A.ƏZİZ,

KONKRET.az

Bənzər xəbərlər

Gündəm

0.021558046340942