Nov 12

İbrahim Cəfərov sədaqətinin bəhrəsini gördü

Gəncə şəhərində fəaliyyət göstərən Azərbaycan Dövlət Aqrar Unversiteti kənd təsərrüfatı sahəsi üçün mütəxəsislər yetişdirir. Unversitetdə Aqronomluq, Aqrotexnologiya, Baytarlıq Təbabəti və Əcazçılıq fakultəsi, Elektroenergetika və İnformasiya Texnologiyaları, Mühəndislik, Aqrar İqtisadiyyat fakultələri mövcuddur. Mətbuatda gedən çoxsaylı yazılarda da qeyd olunub ki, pandemiyadan əvvəl ADAU-da təhsil alan tələbələrdən hər imtahan üçün 50-100 manat rüşvət alınırmış. Eyni zamanda da, bir çox tələbələr var ki, onlar ildə bir dəfə unversitetə təşrif buyururlarmış ki, həmin tələbələr də universitet rəhbərliyinə illik müəyyən olunmuş məbləğ verirlərmiş.

Yada salaq ki, bir neçə il əvvəl Hesablama Palatasının Dövlət Aqrar Universitetində apardığı yoxlamalar nəticəsində “ölü canlar” maxinasiyası vasitəsilə 500 min manatlıq dövlət vəsaitinin mənimsənilməsi faktının aşkarlandığı faktı gündəmə gəlmişdi. Maxinasiya birbaşa rektor İbrahim Cəfərovun göstərişi ilə baş veribmiş. Belə ki, Aqrar Universitetin nəzdində olan 5 elmi sahəvi laboratoriyalarda (Torpağın və ətraf mühitin ekoloji monitorinqi, Taxıl və paxlalı bitkilər, Meyvə tərəvəz və suptropik bitki genefondunun yaradılması becərilmə texnologiyasının işlənməsi, Qoyunların infeksiyon xəstəliklərinii öyrənən sahəvi-elmi tədqiqat, Aqrar sahədə alternativ enerji mənbələrindən istifadə labaratoriyaları) təcrübə aparan işçilərin sayı azı 5 dəfə artırılıb və həmin “ölü can”ların adına əmək haqqı yazılaraq götürülübmüş. Bundan başqa Universitetin 4 laboratoriyasında 70-dən çox şəxsin adı iş cədvəlində yazılsa da əmək haqlarının rektor İbrahim Cəfərova çatdırıldığı bildirilirdi.

Aktualxeber.az bildirir ki, bütün bu qanunsuzluqları İbrahim Cəfərov Ramiz Mehdiyevə arxalanıb edirdi. Rektor sadiq adamdır və Ramiz Mehdiyev “vurulanda” belə onu müdafiə etdi. O, R.Mehdiyevin nəvəsinin qalmaqallı toy məsələsində hamıdan fərqli mövqe sərgiləyərək akademikə qarşı çirkli kompaniya aparıldığını dedi.

Sonradan rektor facebook-da yazdığı müdafiə xarakterli statusunu bir ətək xərc töküb saytlardan sildirdi. Amma həmin statusun fotusu bizdə qalıb. Onu da saytımızda həmin vaxt yazdığımız yazıda təqdim etmişdik. Daha sonra xəbər yayıldı ki, AMEA prezidenti, akademik Ramiz Mehdiyev öz əmisi oğlu, dosent Əli Mehdiyevin Gəncədə fəaliyyət göstərən Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) balansında fəaliyyət göstərən Aqromexanika Elmi Tədqiqat İnstitutuna direktor təyin etdirmək istəyib. Və bu istəyə müsbət cavab verilib. Düzdü, bu xəbər Universitet tərəfindən o sat təkzib edildi. Çünki ictimaiyyət xəbər tutmuşdu.

Ancaq İbrahim Cəfərovun Əli Mehdiyevlə köhnə dost olduğu kimsəyə sirr deyildi. İndi isə məlumat almışıq ki, İbrahim Cəfərovun oğlu AMEA-da işə düzəlib. Rektorun oğlu Cavidi şəxsən Ramiz Mehdiyev öz yanına nəzarətçi götürüb. Akademik sadaqətin qarşılığını həmişə ödəyən adam kimi tanındığından bu təəcüblü deyil.

Qarşı tərəfi də dinləməyə hazırıq.
İbrahim Cəfərov sədaqətinin bəhrəsini gördü

Bənzər xəbərlər

Gündəm

0.076688051223755