Nov 05

“Şuşada “Vaqner”in meyitləri qalacaq...”

“İrəvandan buraya yerli sakinlər əvəzinə xarici muzdlular köçürülür. Yalnız, sadəcə, silahdan atəş açmağı bacaran hər kəs... Ermənilər indi buna ümid edirlər...” 
 
Moderator.az xəbər verir ki, bu sətirlər Rusiya mediasında  “Abşerondan əsən yel”  psevdonimi ilə çıxış edən azərbaycanlı blogerin növbəti yazısındandır. 
 
“İlk dəfə Şuşa şəhərində  özəl hərbi şirkət "Vagner"-dən təxminən 300 rus muzdlunun meydana çıxması barədə məlumatlar gəldi. Bu baxımdan mütəxəssislərə  sual edirəm:  özəl hərbi şirkətdən, ümumiyyətlə, muzdlulardan Azərbaycan ordusuna hər hansı bir təhlükə varmı? "Vagner" və digər hərbi cinayətkarlar atıcı silahlarla (pulemyotlara qədər) döyüşür, tank əleyhinə kiçik raket və çiyinüstü zenit silahlarından istifadə edə bilərlər. Bu, onların ağlabatan sərhədlər daxilində tükənməz ədədi və texniki rezervə malik daimi və nizami Azərbaycan ordusuna qarşı qoyacaqları maksimumdur. Azərbaycan Şuşada “Vaqner”ə qarşı artilleriya, minaatan, raket və PUA silahları tədarük edəcək.  Artıq Azərbaycanın müdafiə sənayesi tərəfindən  hazırlanmış dərin zirzəmilərdə partlayan dərinlik bombaları işə düşüb. Beton onlar üçün maneə deyil. Bu gücə qarşı üç yüz, daha doğrusu otuz yorğun, orta yaşlı kişi nə edə bilər? Müharibələrdə muzdlular ordusu əsir götürülmür, yerindəcə vurulurlar. “Vaqner”dən olan rus (əsasən) kişilərin Şuşada olması həqiqətdirsə, o zaman deyə bilərəm ki,  onlar evlərinə, ailələrinin yanına qayıtmayacaqlar. Bu cinayətkarlar bir Azərbaycan əsgəri ilə də üz-üzə gələ bilməyəcək, hətta avtomat nişangahlarıyla da  oğullarımızı görə bilməzlər. XXI əsrdə Azərbaycan ordusu əllərində nizə və ox tutanlardan kökündən fərqlənməyən barbarlarla müharibə aparır. Azərbaycan ordusu Şuşaya girmədən əvvəl xarabalıqlar arasında sağ qalan şəhər heyvanları xaricində bir dənə də olsun canlı ruh olmayacaqdır. “Yuva”lardakı cinayətkarlar isə alov atəşləri ilə yandırılacaqlar...” -deyə bloger vurğulayıb.
 

Bənzər xəbərlər

Gündəm

0.035256147384644