TənqidMay 22

İslahatçı İnam Kərimova qarşı qalmaqallı Aydəm İsmayılov faktoru: Şok detallar

Bir müddət öncə Prezidentin keçirdiyi son müşavirədə kənd təsərrüfatı naziri İnam Kərimov bir sıra problemləri dilə gətirdi.

Nazir nümayiş etdirdi ki, çətinlikləri açıq şəkildə deməkdən çəkinmir, reallığı danışır, dövlət başçısını agah edir, heç nəyi gizlətmir. KTN rəhbəri postunda ona göstərilən etimad doğrulmaqdadır. Lakin bir şərtlə nazirlikdə bəzi anti – islahatçılar, köhnə status – kvo tərəfdarı olanlar İ.Kərimovun işinə mane olmasalar. Onlar hələ də İsmət Abbasovun, Heydər Əsədovun “ənənələri”nin yaşatmaq arzusundadırlar. Belələrindən birinin adı mediada daha çox hallanır. Bununla bağlı cumhuriyyet.az yerli mediada yazılan iddialara görə, söhbət sabiq MTN şefi Eldar Mahmudovun və sahibkarlara “qan udduran” MTN-çi iş adamı “Akul Akif” kimi tanınan Akif Mustafayevin şəriklərindən biri – Aydəm İsmayılovdan gedir. A.İsmayılov “Green Park Azərbaycan” MMC-nin direktoru vəzifəsində çalışsa da, gözləntiləri doğrultmur. Üstəlik, iddialar səslənir ki, İ.Kərimovla bağlı xoşagəlməz dezinformasiyaların mediaya sızmasında onun marağı var. Bu marağın nədən ibarət olması mediada gedən yazılarda açıqlanmır.
Lakin faktdır ki. A.İsmayılov kifayət qədər qalmaqallı fiqurdur ya da onu gözü götürməyən qüvvələrin ictimai rəyə yürütdüyü fikirlərdir.Bu məlumatların içində ən çox diqqət çəkən məqamlardan biri Aydəm İsmayılovun qardaşı ilə bağlıdır. Belə ki, iki il öncə Mətbuat prospektində yerləşən “Ovçular evi” ərazisində “Böyük Plaza” yaşayış və ticarət mərkəzini tikən “A-3 Sənaye Tikinti Korporasiyası” MMC-nin sədri Azər İsmayılovun barəsində Xətai rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilmişdi. Bununla bağlı cumhuriyyet.az xatırladır ki, həmin tikintinin sahibi keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun ən sadiq adamlarından biri, “Akula Akif” kimi tanınan Akif Mustafayevin sağ əli kimi tanınan Aydəm İsmayılov, edilən sədr isə Azər İsmayılov isə Aydəmin qardaşı idi. Aydəm İsmayılovun həyat yoldaşı Dilşad İsmayılova isə həmin MTK-nın direktoru olub. Bildirək ki, Aydəm İsmayılovun adı bundan əvvəl də tikinti şirkətləri ilə münaqişədə hallanıb. Aydəm İsmayılov başqa bir tikinti şirkətin əmlakını ələ keçirmək üçün üçün ZAZ MTK təsis etmişdi. Həmin MTK-nın təsisçiləri Aydəmin dostu AKULA Akif ləqəbli Akif Mustafayev, Aydəmin qardaşı İsmayılov Azər və mühasibi Həsən Bayramovdur. “Böyük Plaza” yaşayış və ticarət mərkəzini tikən “A-3 Sənaye Tikinti Korporasiyası” MMC-nin də təsisçiləri eyni şəxslərdir.
Belə qalmaqallı bir şəxsə İnam Kərimov tərəfindən vəzifə verilməməsi müəyyən mənada başa düşüləndir. İddia olunur ki, Aydəm İsmayılov “Green Park Azərbaycan” MMC -nin direktoru təyin edilsə də iş yerinə getmir. İş adamı bütün gününü Kənd Təsərrüfatının yerləşdiyi Hökümət Evinin yaxınlığındakı restoranında keçirir. “Green Park Azərbaycan” MMC-nin əsas ofisi Aydəm İsmayılova məxsus restoran olaraq bilinir. Proseslə bağlı cumhuriyyet.az media üzərindən apardığı araşdırmalara əsasən bildirir ki, son aylar Aydəm İsmayılovun tərifləndiyi və onun adına yazılan müsbət analitik “məqalələrin” dərc edildiyi media orqanlarında nazir İnam Kərimovun davamlı olaraq vurulması heç də təsadüf deyil. Nazir İnam Kərimova və “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin direktoru Anar Hüseynova qarşı son zamanlar təşkil edilən media hücumlarının arxasında kimlərin dayanması da maraq doğurur.
Yada salaq ki, “EURO TİKİNTİ” MTK-nın sədri Nəsimi Sadıqov açıqladığı məlumatda A.İsmayılovun yüksək vəzifəli dövlət məmurları, generalların adından istifadə edərək külli miqdarda pulu mənimsədiyi iddia olunurdu. N.Sadıqov “Marriot” hotelində A.İsmayılov və “Akula Akif” arasında özünün də iştirak etdiyi görüşün detallarını açıqlamışdı: “Aydəm İsmayılov mənim əmlakımı Akula Akifin gücündən istifadə edərək ələ keçirib. Aydəm İsmayılova etiraz edəndə isə MTN-lə hədə-qorxu gələrək, başıma qara torba keçirilib aparılacağı ilə hədələyirdi. Aydəm İsmayılovla Akula Akifin görüş yerlərindən biri Marriott idi. Hansı ki, Aydəm İsmayılovun ofis kimi və eləcə də cinayət əmələrini həyata keçirmək üçün görüş yerinə yaxında keçmiş Bakı Ayaqqabı Fabrikasının ərazisi yerləşir. Orda yüngül həyat keçirənlər üçün otel və Aydəmin cinayət əmmələrini həyata keçirmək üçün istifadə etdiyi, tabeliyində olan Azərbaycan Beynəlxalq Mühafizə şirkəti yerləşir. Aydəm İsmayılov Akula Akiflə görüşlərinin birinə həmin qorxutmaq üçün məni də çağırır. Akula məndən soruşur ki, bilirsən ki, Aydəm mənim şərikimdi? Mən ”hə” cavabı verdim. Akula mənə dedi ki, get sənədləri (müqavilələri) yaz ver Aydəmə. Yoxsa sən və nəsilin MTN də çürüyəcəksən. Bundan sonra 3 000 000 dollardan çox əmlakı pul ödənilmədən Aydəm İsmayılovun adına yazaraq müqavilə ilə verdim”.
Cumhuriyyet.az-a daxil olan məlumata görə artıq Aydəm İsmayılovun KTN “məcaraları”na son verilir. Adı müxtəlif qalmaqallarda keçən Aydəm İsmayılovun nazirliyin strateji yerlərindən biri olan İstehsal müəssisələri ilə iş şöbəsinin müdiri vəzifəsinə təyin edilməsi KTN-də şok effekti yaratmışdı. Sonradan KTN-də strateji şöbə olan İstehsal müəssisələri ilə iş şöbəsi ləvğ edildi və Aydəm İsmayılov “Green Park Azərbaycan” MMC kimi daha bir ciddi, prestijli bir qurumun direktoruluğuna təyinat aldı. Bildirək ki, “Green Park Azərbaycan” MMC kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, satışının həyata keçirilməsi və müxtəlif xidmətlərin göstərilməsi, elmi texniki yeniliklərin, aqrar sahədə innovasiyaların tətbiq edilməsi və bu yeniliklərin digər müəssisələrə təklif edilməsi sahəsində fəaliyyət göstərir. Cəmiyyət qanunvericiliyə uyğun olaraq iştirakçıların ümumi yığıncağı tərəfindən idarə olunacaq. Cəmiyyətin fəaliyyətinə cari rəhbərlik direktor tərəfindən həyata keçirilir. KTN-dən daxil olan ilginc məlumata görə Aydəm İsmayılovun “Green Park Azərbaycan” MMC direktor gətirilməsi cəmiyyətin üzvülərinin ciddi narazılığına səbə olmaları ilə bərabər həm də onların narazılığına səbəb olub. Məhz bu amillərə görə Cəmiyyətin işi son 5 ayda dayanmaqla keçib. Məlumata görə Aydəm İsmaylov “Green Park Azərbaycan” MMC rəhbərliyinə təyinat aldıqan sonra Cəmiyyətin gördüyü bütün lahiyyələr dayanıb. Bunun digər səbəbi isə Aydəm İsmayılovun nazir İnam Kərimovun qarşısında söz verdiyi kimi “Green Park Azərbaycan” MMC-ni maliyyə vəsaiti təmin edəcəyi idi. Ancaq Aydəm İsmayılov verdiyi sözü tutmayıb cəmiyyətə lazım olan vəsaitləri yatırtmayıb. Məsələ ilə bağlı cumhuriyyet.az-a daxil olan ilginc məlumata görə Aydəm İsmayılov kimi qalmaqallı bir kadrı KTN-də vəifəyə təyin etdiyi üçün əvvəlcədən peşman olan naizr İnam Kərimov bu dəfə ondan qurtulmaq qərarına gəlib. Məlumatda nazirin Aydəm İsmayılovun xahişini edən şəxslərlə əlaqə yaradaraq onunla işləməyin çətin və problemli olduğunu dilə gətirməsidir. Verilən məlumatda iddia edilir ki, Aydəm İsmayılovun havadarları da onun KTN-də hər hansı bir ciddi işlə məşğul olmadığını və bu quruma işə gələndən sonra adı yenədə mətbuatın gündəmində qalmasını nəzərə alaraq İnam Kərimovun fikri ilə razılaşıblar. Məlumatda görə yaxın günlərdə Aydəm İsmayılov “Green Park Azərbaycan” MMC rəhbərliyindən göndəriləcək və onun Kənd Təsərrüfatı Nazirliyi ilə bütün əlaqələrinə son veriləcək. Çünki İnam Kərimovun KTN-də təmiz gənclərdən ibarət yaratmaq istədiyi yeni komandasında “Akula” Akifin sabiq ortağı Aydəm İsmayılov kimilərinin yer alacağına heç kəs inanmır.

Bənzər xəbərlər

Gündəm