VideoApr 23

Abşeron DYP də korrupsiya-VİDEO

Bilirsiniz ki, Abşeron rayonu Bakıdan 7 km aralı olsada bu rayonda tüğyan edən rüşvət , dayday ," tapş"ən mühüm işlərdən biridir. Ümumilikdə bu gün ki, problem YPX nin fəaliyyəti ilə bağlı olsada əvvəlcə rayon rəhbərliyi haqqındaa qısa məlumatla cəmiyyəti xəbərdar etmək istəyirəm. Hörmətli sürücülər Xırdalana gələrkən yolunu Heydər Əliyev prospektindən salmayın. Çünki dövlət bütcəsindən milyonlarla vəsaitin ayrılmasına baxmayaraq Abşron rayon icra başçısı İradə Gülməmmədova ulu öndər Heydər Əliyevin adını daşıyan prospekti heç cürə təmir edə bilmir və ya istəmir. Prospekt il ərzində iki dəfə təmir olunsada yollar yenədə bərbad haldadır.Başçılıq etdiyi rayona laqeyd yanaşan xanımın Heydər Əliyev adına anti- simpatyası olduğu cəmiyyətdə şübhə doğurur. Əlbətdəki, belə halları görən digər sturukturlar da öz növbəsində bu prospetdə baş verən bütün proseslərə laqeyd yanaşmağa davam edirlər. Yuxarıda qeyd etdiyim sturukturlardan biri də Abşeron rayon Dövlət Yol Polisidir. Hərçənd ki, Abşeron rayonuna Daxili İşlər Naziri cənab Ramil Usubov rəis təyin eləsədə rayonda rəisdə,müavində demək olar ki, bütün inspektorlardı. Hamı ağalıq edir. İki gün öndə şahidi olduğum bir hadisəni öz şəxsi telefonumla çəkib sizinlə bölüşməyi vacib bildim. Deməli Heydər Əliyev prospekti ilə Mehdi Hüseynzadə küçəsinin kəsişməsində Fresco marketin qarşısında bir mənzərə məni heyran etdi. Göy rəngli Niva markalı avtomaşının ( avtomaşının dövlət qeydiyyat nişanını etik normala görə qeyd etmirik) YPX nin 627 bort nömrəli patrul maşını ilə yolun əks istiqamətində dayanıb söhbət etməsi və üstəlik bu avtomobilin arxa oxalrının kəsik olması daha da diqqətimi cəlb etdi. Və bütün bu olanları anba an qeydə aldım.Lakin bir neçə dəqiqə sonra dəhşətə gəldim YPX nin inspektoru sonradan adını bildiyim Mehman adlı şəxs cərimə meydançasına qoyulmalı olan maşını sərbəst buraxdı . Əvvəl düşündüm ki, yəqin "tapş " olundu ,sonra bildim ki, nə Mehman nə də Fariz bir o qədər "tapş " la iş görən adam deyillər.Sonra düşündüm yəqin "Day- Day" ın xətrinə sərbəst buraxıb. Bilirəm ki, Fariz və Mehman ikilisi "day-day" xahişini elədə çox eşidən adam deyillər. Bəs onda bu Niva sürücüsünün nəyi və harası YPX i inspektorunun xoşuna gəldi ki, cərimə meydançasına aprmalı olduğu maşını sərbəst buraxdı? Boyu buxunu yaraşığı? Ərz eləmək istəyirəm ki, Nivanın sürücüsü bir o qədər yaraşıqlı kişi deyil. Bəs onda nəyi? həəə bax məsələ elə bu nədə di.Bu salın cavabı isə çox asan və sadədir. Pul! Bildiyimiz qədəri ilə ypx əməkdaşları bir çoxunuzun maşınını qanuni ya qeyri qanuni saxladıqda şirinlik ,bayram payı, hətta dilənçi payı , deyib rüşvət verənlərdə olub. Hətta bir dəfə mənim özümü saxlamışdılar 8 mart beynəlxalq qadınlar bayramı günü idi. Soruşdum nə məsələdi niyə saxlamısız məni dedi müəllim bayramdıda bir hörmət elə . Dedim ay dilənçi bu gün qadınlar bayramıdı dedi əşşi sən hörmət elə mənidə qadın hesab elə. Nəysə haşiyədən çixmaq istəmirəm amma Abşeron YPX nin demək olar ki, başda Fariz olmaqla bütün əməkdaşları bu rayonda at oynadır. DYP nin rəisi isə elə bil cənab nazir bu postda bir müqəvva otuzdurub. Xüsusən Xırdalanda arxa oxalrı kəsilmiş avtoş maşınları, çox trupkalı səs siqnalları ilə olan maşınlar meydan sulayır. Bunların əksəriyyəti Xırdalanda imkanlı ailələrin, atası , dayısı , əmisi vəzifədə və ya böyük biznesmenlərin övladlarıdır. İndi bəlkədə bu yazımdan sonra gedib o Nivanın sürücüsünü tapacaqlar maşınını cərimə meydançasına salıb cərimə yazacaqlar ki, özlərini ağa çıxarsınlar amma əvvəlcədən deyirəm boş yerə özünüzə əziyyət verməyin. Çünki mənim çəkiliş edəndə məqsədim Fresco marketin qarşısındakı dayanacaqda duran avtobusların gediş gəlişinə mane olan taksilərin yolun ikinci zolağında dayanması və YPX nin əməkdaşlarının buna göz yumması idi. Necə deyərlər qurunun oduna yaşda yandı. Ümüd varam ki, bu yazım Daxili İşlər Naziri cənab Ramil Usubova çatacaq və illərdir adı olub özü olmayan Abşeron DYP rəisi və çirkaba bulaşmış bəzi inspektorlar baradə ciddi ölçü götürəcək.

XEBER-XETTİ.COM

Bənzər xəbərlər

Gündəm