XəbərApr 22

Beyləqanda başçı müavini işdən azad edildi

Beyləqan icra başçısının müavini Məhəmməd Qələndərov işdən azad edilib.
Bu baradə azerinfo.az-a rayondan xəbər verilib.
Beyləqanda “tenderlər kralı” kimi tanınan Məhəmməd Qələndərovun rəvac verdiyi, daha doğrusu, sözün hərfi mənasında imza atdığı korrupsiya hüquqpozmaları və maxinasiyalar barədə redaksiyamıza ciddi məlumatlar daxi olduğunu yazmışdıq. Həmin məlumata görə, Beyləqan şəhərində binaların əsaslı və cari təmirinə 2017-ci ildə 745,0 min, 2018-ci ildə isə 800 min manatdan artıq vəsait ayrılıb ki, bunun da əksər hissəsi təyinatı üzrə xərclənməyib, formal rəqəmlərlə silinərək mənimsənilib. 
Çox güman ki, məlumatlar təsdiqini tapıb. Prezident Administrasiyası korrupsioner məmurun fəaliyyətini pozucu kimi qiymətləndirib.
Onun barasində cinayət işinin açılması labüddür.
Qələndərovun himayəsində olan məmurların da vəzifədən azad edilməsi gözlənilir.

Bənzər xəbərlər

Gündəm